Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gömrük şefinin cavab verməli olduğu suallar... -Son gərginlik haradan qaynaqlanır...

 
Yenixeber.org: Son günlər Azərbaycanda strateji olan kənd təsərrüfatı məhsullarının kütləvi bahalaşması ilə bağlı olaraq haqlı narazılıqlar ortaya çıxıb. Xüsusilə də, soğan, kartof və pomidorla bağlı olaraq narazılıqlar meydana çıxıb. Bir neçə gün öncə Nazirlər Kabineti keçici də olsa soğan, kartof və pomidorun ölkədən çıxarılması ilə bağlı bir sıra ixrac rüsumlarını artırmaq haqda qərar verib. 

- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib"– deyə verilən məlumatda qeyd olunub.

Yəni məlumatın müfəssəl və sadə dillə ifadəsi belədir. Əslində bu qərarla daxili bazarda artan qiymətləri sabitləşdirmək siyasəti həyata keçirilir. Lakin, bəzi media qurumlarında ictimayyəti bilərəkdən çaşdırmağa cəhdlər edilir. Bu cəhdlərdə məqsəd nədir? Azərbaycanda bəzi soğan, kartof, kələm tədarükçüsü olan fermerlərlə bağlı olaraq hətta dövlət başçısına yönəlik, müraciətlər, videolar sosial şəbəkələrdə yayılır. Əslində bu tendensiya tam hesablanmış, mövsüm üzrə tədarük üçün nəzərdə tutlmuş bir məqamdır. Azərbaycanda yerli kartofun tədarük dövrü aprelin sonlarından tez başlamır. Soğan və kələm isə ölkə daxilində mayın sonlarından etibarən sahələrdən tədarük olunur. O zaman narahatçılıq nədən ibarətdir? Niyə sosial şəbəkələrdə süni olaraq ajiotaj yaradılmasına cəhdlər edilir? 

Azərbaycan fermerlərinin haqlı narazılıqlarını dinləməklə mövcud problemlə bağlı bir sıra məqamlara aydınlıq gətirmək olar. Məsələn fermerlər kartof toxumunun alınması ilə bağlı etiraz edirlər ki, ölkə daxilində kartof toxumu yoxdur. Cari il üçün kartof əkini zamanı toxumıuq məhsullar əsasən Rusiya, Gürcüstandan idxal edilib. Sadə dillə ifadə etsək 1 kiloqramı 70 qəpiyə. Hazırda bazarda kartofun qiyməti 1 AZN civarında dəyişir. Nəticə etibarilə də kartofun qiyməti ilə bağlı olaraq yerli fermerlər bazarda inzibati basqıların olacağından, ixracata məhdudiyyət qoyulacağından narahatdır. Və fermerlər iddia edirlər ki, gömrükdə olan manapoliya toxumluq kartofun Azərbaycana idxalına mane olur, bununla da 70 qəpiyə alınan toxumluq kartofun, kultivasiya dövrü üçün çəkilən xərcləri də sonuc etibarilə, maya dəyərinin 1 AZN-dən baha olmasına səbəb olur. Yəni daxili bazara məhsul çıxaran əkinçilər toxum bazarındakı manapoliyadan şikayət edir və iddia edirlər ki, bazarda tədarük dövründə qiymətin baha olmasına gətirib çıxaran əsas səbəblərdən biri də budur. 

Bundan başqa indi bazarlarda Şəmkir, Tovuz, Gədəbəy məhsulu kimi təqdim edilən kartofun da əslində idxal edilən İran, Rusiya, Pakistan məhsulu olduğu iddia edilir. Yəni yerli məhsul markası adı altında bazarda daha çox manapolistlərin təqdim etdiyi idxal olunan keyfiyyətsiz mallar tutur. Nəticə etibarilə də bazarda rəqabət prinsipləri pozulur. Bundan da daha çox əziyyət çəkən yerli fermerlər olur. 

Ortada kifayət qədər suallar var. Lakin bütün sualların özündə bir cavab var - Azərbaycan gömrüyü yerli kənd təsərrüfatının rentabelliyini daha dayanıqlı etmək üçün hansı şəffaflıq prinsiplərini gerçəkləşdirir? Bu suallarımız Cənab Səfər Mehdiyevədir. Bəlkə Göçrük Komitəsinin sədri ortada Dövlət Statistika Komitəsinin açıqladığı kartof, soğan, kələm, pomidor kimi strateji məhsulların idxalı ilə bağlı olaraq rəqəmlərində DGK-nin açıqladığı rəqəmlər arasında fərqlə bağlı da bir açıqlama ver... 

Bütün tərəflərin mövqeyini dinləməyə hazırıq...(gundeminfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam