Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Baş nazirin kartofa qoyulan rüsumla bağlı qərarı ləğv olundu —İDDİA

 

Azərbaycandan xaricə kartof ixracına tətbiq olunan rüsum aradan qaldırılıb.


Yenixeber.org: Bu barədə redaksiyamıza Cəlilabad və Şəmkirdə kartof istehsalı ilə məşğul olan sahibkarlar məlumat veriblər.


Onların dediyinə görə, hökumət nümayəndələri sahibkarlara bildiriblər ki, bu gündən etibarən məhsullarını heç bir əlavə rüsum ödəmədən ixrac edə bilərlər.


Verilən məlumata görə, artıq gömrük ərazilərində olan kartof dolu TIR-ların buraxılmasına başlanılıb. Eyni zamanda hər iki rayonda fermerlər ixrac üçün məhsul toplanmasını bərpa ediblər.


Xatırladaq ki, Nazirlər Kabineti aprelin 5-dən etibarən kartofun hər kiloqramı üçün 1 dollar həcmində ixrac rüsumu təyin etmişdi. Bu qərar faraş kartof yetişdirən fermerlərin kəskin etirazlarına səbəb olub. Cəlilabad və Şəmkirdə istehsalçılar etirazlarını kütləvi şəkildə icra strukturlarına çatdırıblar.


Qeyd edək ki, Azərbaycanda hər il istehsal olunan 950 min - 1 milyon ton arası kartofun yarısı məhz faraş məhsulun payına düşür. Bu məhsulun böyük hissəsi isə məhz aprel ayı ərzində xaricə ixrac olunur. Belə bir dövrdə əlavə ixrac rüsumunun tətbiqi istehsalçıları böyük zərərlə üzləşdirə bilərdi.


P.S. Nazirlər Kabinetinin İctimaiyyətlə əlaqələr şöbəsinə məlum qərarın ləğv olunub-olunmadığına dair sorğu göndərmişik.


Cavabı oxucularla bölüşəcəyik. Digər rəsmi mənbələrdən məlumatı dəqiqləşdirə bilmədik.(müsavat.)

 

  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam