Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qış 8 nəfərin ölümünə səbəb oldu

Mütəxəssislər evlərdə istilik sistemlərindən istifadə edərkən diqqətli olmağı tövsiyyə edib.

 

Yenixeber.org: ABŞ-ın şərqində həftə sonundan bu günə qədər davam edən soyuqlar 8 nəfərin ölümünə səbəb olub.

Çikaqoda yaşayan 12 yaşlı qız çöldə oynayarkən üstünə qar kütləsi düşməsi səbəbindən ölüb. Connecticutda isə bir usta elektrik xəttini təmir edərkən aşan ağacın altında qalaraq həyatını itirib.

Qarı təmizləyərkən yıxılan 59 və 91 yaşlı iki nəfər aparıldıqları xəstəxanada, Uinskonsində isə 2 nəfər qarlı yolda düşdükləri qəzada ölüb.

Missuridə 30 yaşlı sürücü qarlı yolda rolda idarəetməni itirərək başqa avtomobillə toqquşub və ölüb.

Kansas ştatında bir qar təmizləmə maşınının sürücüsü maşının aşması nəticəsində vəfat edib.

Təyyarə səfərlərini təxirə salan “FlightAware” şirkətinə görə, bazar ertəsindən etibarən təxminən 280 səfər ləğv edilib.

ABŞ-ın şimal şərqində temperaturun -7 olacağı bildirilir. Nyu-York və Nyu-Cersidə isə termometrlər -25 dərəcəni göstərir.

Mütəxəssislər sürücülərə qarlı və buzlu yollarda nəqliyyatdan istifadə edərkən, evlərdə istilik sistemləri işlədərkən diqqətli olmağı tövsiyyə edib.

CNN-nin meteorolojisti Pedram Jahaveri 74 milyondan çox amerikalının bu havadan zərər çəkdiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam