Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Qlobal ekoloji fəlakət yaxınlaşır

ABŞ-ın Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, Antarktidada buzlar qırx il əvvəl olduğundan altı dəfə çox əriyir.

 

Yenixeber.org: Ərimə prosesinin güclənməsi yaxın on ildə dənizlərin səviyyəsinin qalxmasına səbəb ola bilər.

“Proceedings of the National Academy of Sciences” jurnalı xəbər verir ki, 1979-1989-cu illərdə Antarktidada hər il 40 milyard ton buz əriyib. 2009-cu ildən isə bu rəqəm 252 milyard tona çatıb. Dənizlərdə suyun səviyyəsinin bir millimetr qalxması üçün 360 milyard ton buzun əriməsi lazımdır. Alimlər bildirirlər ki, hətta daha dayanıqlı ərazi sayılan Cənub qütbü də qlobal istiləşmənin təsirinə məruz qalıb.

Tədqiqatçıları narahat edən odur ki, karbon qazının emissiyasının artması qlobal fəlakəti daha da yaxınlaşdırır. Onlar əlavə ediblər ki, 2100-ci ildə Yer kürəsində qlobal quraqlıq, isti, güclü tufanlarla yanaşı, dəniz səviyyəsinin 1 metr qalxması da gözlənilir. Bu, insanların yaşadığı adaların, o cümlədən Maldiv və Seyşelin su altında qalmasına, şirin su mənbələrinin yox olmasına gətirib çıxaracaq. XX əsrin əvvəlindən etibarən dənizlərin səviyyəsi 20 santimetr artıb.

Məqalədə qeyd olunur ki, Antarktidada bütün buzlaqların əriməsi dəniz suyunun 57,2 metr qalxmasına səbəb ola bilər. Bu prosesin güclənməsi isə nəhəng buz dağlarının okeana batması nəticəsində onların isti su ilə əhatə olunmasıdır. Güclü qar yağması bunun qarşısını almalıdır, lakin bu amil son illər buz təbəqəsinin əriməsinə əngəl ola bilmir. 1979-cu ildən bəri Payn Aylend buz dağı trilyon tondan çox buz itirib, Tueytsa buzlağında isə ərimə 634 milyard ton olub. Ən çox buz təbəqəsinin yerləşdiyi Şərqi Antarktidada da iqlim dəyişməsi hiss olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam