Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qazaxda “Baxıcı Kəmalənin oyunları” bir çox ailələrə müsibətlər bəxş edir-ŞOK İTTİHAM

 

      
Qazaxda “Baxıcı Kəmalənin oyunları” bir çox ailələrə müsibətlər bəxş edir-ŞOK İTTİHAM
“Əgər əvvəllər bu şəxs kimlərinsə bəxtinə “Tas” qurmaqla baxırdısa, bu gün o, müştərilərin bəxtinə müqəddəs “Quran kitabı”nı açmaqla baxmağa üstünlük verir. Amma…”

Yenixeber.org: Qazax rayonunun Əzizbəyli kəndində baxıcılıq fəaliyyətinə görə adı dillər əzbəri olan Kəmalə xanımın atdığı addımlarla bağlı dolaşan söz-söhbətlər, baş qaldıran kütləvi narazılıqlar və s. bu gün də hər kəsi narahat edən məsələlərdəndir. Bu şəxsin tərcümeyi-halı, qol qoyduğu çoxsaylı qanunsuzluq əməlləri ilə bağlı Sizinxeber.com-a daxil olan məlumatlarda bildirilir ki, hələlik soyadını dəqiqləşdirə bilmədiyimiz bu xanım neçə illərdir ki, belə bir fəaliyyət növü ilə məşğul olmaqdadır. Əzizbəyli kəndinin sakinlərindən bəzilərinin danışdıqlarına görə “Baxıcı Kəmalə” adı ilə məşhurlaşan bu xanım, əgər əvvəllər kimlərinsə bəxtinə “Tas” qurmaqla baxırdısa, bu gün fərqli bir üsul seçib. Yəni, yerli sakinlərin danışdıqlarına görə, indi o, müqəddəs “Quran kitabı”nı açmaqla kimlərinsə bəxtinə baxır. Amma, əldə etdiyimiz müəyyən məlumatlara görə, adı çəkilən baxıcı heç “Quran kitabı”nı düz-əməlli oxuya bilmir. Bu da onun birbaşa fırıldaqçı və yalançı olduğunu, biabırçı addımlar atdığını aşkara çıxarmış olur.

Onu da bildirək ki, “Baxıcı Kəmalə” adı ilə məşhurlaşan bu xanım dolanışığının “komfort” təminatını ödəmək üçün, bu gün də baxıcılıq fəaliyyəti ilə məşğuldur. Görünür o, belə bir addımını atmaqla, bir növ uzaqgörən şəxs olduğunu ortaya qoymuş olur. Çünki görüb dərk edir ki, indi hansı yolla olursa-olsun pul qazanmağın, var-dövlət əldə etməyin zamanıdır. Hər kəsi düşündürən hal odur ki, “Baxıcı Kəmalə” adı ilə məşhur bu şəxsdə, əldə etdiyimiz məlumatlara görə heç bir hüququ sənəd yoxdur. Amma o, bu gün də baxıcılıq etməkdədir. Tutaq ki, o, özünü sığortalamaq üçün hansısa bir qurumdan hansısa bir sənədi əldə edib, o halda ortaya belə bir sual çıxır ki, görəsən bu şəxs məşğul olduğu fəaliyyət növünə görə dövlətə vergi ödəyirmi? Yoxsa…

Yerli sakinlərindən bəziləri bildirirlər ki, “Baxıcı Kəmalə” baxıcılıqla deyil, açıq-aşkar şəkildə fırıldaqçılıqla məşğul olur və o, atdığı addımlarına görə hər kəsdən “haqq-hesab” da alır. Düşündürücü hal odur ki, Qazax rayonunun Əzizbəyli kəndində adı çəkilən baxıcının gözəgəlimli mənzili var və o, müştərilərini həmin mənzilində qəbul edir. Məsələn, Sizinxeber.com-un əldə etdiyi məlumatlara görə bu xanım hüzuruna gələn müştərilərinə “zamok” aldırır, cadu etmək məqsədilə kimlərinsə alt paltarlarını gizli yollarla gətizdirir. Yəni, sakinlərin danışdıqlarına görə bu qadın daha çox kimlərinsə evini dağıtmağa, ailələri bir-biri ilə üz-üzə qoymağa, bir sözlə verilmiş sifarişləri yerinə yetirməyə çalışır. Çünki, bu qadının başlıca amalı, hansı yolla olursa-olsun pul qazanmaqdır. Elə ki, atılan belə bir iyrənc addımlarla bağlı hansısa KİV nümayəndəsi maraqlanmaq istəyir, o halda həmin şəxsə “buynuz göstərmək” qalsın bir yana, hədə-qorxu da gəlinir. Belə olan halda ortaya belə bir sual çıxır ki, “Baxıcı Kəmalə” adı ilə tanınan bu qadının, belə bir fəaliyyət növü lə məşğul olması görəsən hansı Qanunla tənzimlənir? Yaxud da tənzimlənirmi?

Məsələnin maraqlı və təəccüb doğuran tərəfi ondan ibarətdir ki, adı çəkilən bu qadının əməlləri ilə bağlı yerli hüquq-mühafizə orqanı əməkdaşları lazımınca məlumatlı olsalar da, nədənsə ona qarşı hansısa addımlarını atmırlar. Bu da böyük şübhələrin əmələ gəlməsinə səbəb olur. Çünki, “Baxıcı Kəmalə” adı ilə tanınan bu qadının əməllərində cinayət tərkibli addımlar var və həmin addımlar da, yalnız hüquqi müstəvidə həllini tapmalıdır. Çünki bildiyimizə görə, bugünkü Qanunvericilik adı çəkilən şəxsin və ya şəxslərin, məhz belə bir fəaliyyət növü ilə məşğul olmalarını qadağan edir. Onu da bildirək ki, bu şəxs təkcə Qazax rayonu ərazisində yaşayanları deyil, hətta ətraf ərazilərdən hüzuruna gələn hər kəsi “tora salmağı” da bacarır. Daha acınacaqlı hal odur ki, Qazax elinin saf ilqarlı övladlarının, həmçinin tam əksəriyyətin müqəddəs hesab etdiyi “Quran kitabı”, bu gün belə bir möhtəkirin əlində alətə çevrilib. Söylənilənlərə görə, “Baxıcı Kəmalə” müştərilərindən əldə etdiyi “haqq-hesab”ların müqabilində onlara gələcəklə bağlı “bildikləri”ni mərhələ-mərhələ çatdırır və belə bir addımlarının qarşılığında, məhz onlardan bacardığı qədər daha çox “haqq-hesab” alır. Məsələn, bu şəxs mücərrəd açıqlamalarla, dumanlı vədlərlə, xurafatla və s-lərlə müştərilərini çaş-baş salır. Əldə etdiyimiz məlumatlara görə, bu qadının atdığı belə bir addımlarla bağlı bir kimsə ona “qaşın üstə qara var” deyə bilmir. Buna da əsas səbə, onun əraziyə nəzarət edən hüquq-mühafizə orqanı əməkdaşları ilə “dil tapmağı” bacarmasıdır.

Xüsusi vurğulanası hal odur ki, “Baxıcı Kəmalə” adı ilə tanınan bu qadın çox zaman müştərilərinə dualar yazır və həmin duaların olduqca təsirli olacağını da bildirir. Yerli sakinlərdən bəzilərinin iddialarına görə, hətta elə hallar da olur ki, bəzi ailələrdə boşanmalar baş verir, kimlərinsə həyət-bacasından dualar tapılır, yaxud da kimlərinsə işləri düz getmir. O halda bu şəxs baş verənləri yazdığı duaların təsiri ilə bağlayır. Bu da boş-boş söz-söhbətlərdən başqa bir şey deyil.

Bu yöndə araşdırmalarımızı davam etdirəcəyik.

P.S. Videoreportaj hazırlanır..Yaxın saatlarda yayımlanacaq..Bizi izləyin
uluzirve.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam