Qazaxın baş həkim əvəzi hegemonluq edir?-Şikayət
"O, imkansız xəstəni saymır, hətta heç vecinə almır"
Qazax rayonunun Əzizbəyli kənd sakini Aygün Bayramova redaksiyamıza RİH başçısı Rəcəb Babaşova ünvanlı şikayət məktubu göndərib.
Yenixeber.org: Şikayətçi yazır:
"Hörmətli Rəcəb müəllim!
Mən Bayramova Aygün Alı qızı 1965-ci ildə Qazax rayonunun Əzizbəyli kəndində anadan olmuşam. Özüm ağır xəstəyəm. Diz sümüklərimdə yeyilmə var. Osterxondrozam. Ağciyərimdə də müəyyən problemlər var. Vəziyyətim çox ağırdır.
Yeməyə çörək tapa bilmirəm. Baxanım yoxdur. Qonşu qız baxır mənə. Qızım xərçəng xəstəsidir. Öz dərmanlarını güc-bəla ilə alır. Sizə müraciət etməkdə məqsədim odur ki, illərdir xəstə olsam da, mənə qanuni şəkildə təqaüd düşsə də, Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova mənə yuxarıdan aşağı baxır. Bir sözlə, o, imkansız xəstəni saymır, hətta heç vecinə almır. Dəfələrlə Sevda Məmmədovanın qəbulunda olmuşam. Mənə deyir ki, sənə təqaüd düşmür.
Sizdən xahişim budur ki, araşdırılsın, baxılsın. Həm mənim səhhətimdə olan xəstəliklərə, həm də dolanma vəziyyətimə. Ondan sonra mənə bir əsas gətirilsin ki, mənə niyə təqaüd düşmür?! Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etmişik. Cavab gəlib ki, gərək haqqımda Qazaxdan baş həkim rəy yazıb göndərsin Səhiyyə Nazirliyinə. Ondan sonra mənə təqaüd vermək olar. Buna baxmayaraq, Sevda Məmmədova haqqımda Səhiyyə Nazirliyinə heç bir məlumat göndərmir. Məni qəbul edəndə çox kobud şəkildə davranır. O, xəstələrlə çox pis rəftar edir. Dəfələrlə onun kobud rəftarına görə həyəcanlanmışam. Qəbuldan çıxan kimi həyəcandan dizlərim əsib. Yıxılmışam. Vəziyyətim daha da pisləşib. Buradan Sevda Məmmədovadan soruşuram: onun mənimlə nə problemi var ki, haqqım çatdığı halda, təqaüd almağıma mane olur?!
Hörmətli Rəcəb müəllim!
Siz Qazaxda hər kəsə kömək əlini uzadır, sakinləri dinləyir, onların problemini həll edirsiniz. Xahiş edirəm, mənim də şikayətimi dinləyin. Bilin ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova necə hegemonluq edir.
Hörmətli Rəcəb müəllim, qadan alım, başına dönüm, Qazaxda yeganə ümid yerim sizsiniz. Səsimə səs verin! Sevda Məmmədovanın bu hegemonluğuna "dur" deyin! Allah haqqı çörək almağa imkanım yoxdur. Qonşular, bacım mənə çörək almasa, ac-susuz evin altında ölənin biriyəm. Çox xahiş edirəm, mənim yaşayışımla, səhhətimdəki problemlər ilə maraqlanın. Yalvarıram sizə, təqaüd almağım üçün mənə köməklik göstərin!".
Məsələ ilə əlaqədar Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Odur ki, baş həkim əvəzi S.Məmmədovanın da mövqeyini dərc etməyə hazırıq. (tezadlar)
E.ŞİRİNOV