Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Gömrük Komitəsində biznes imperiyası - ŞOK ARAŞDIRMA



Azərbaycanda iri ranqlı məmurların, nazirlərin korrupsiya əməlləri, biznes şəbəkələri haqda mətbuatda kifayət qədər məlumatlar verilib.

 

Xeberinfo.com:  Belə məmurlardan biri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və onun yaxın ətrafıdır. 
Bizimxeber.az-ın elektron ünvanına daxil olan məlumatlarda gömrük generalı və xanım köməkçisi haqda şok biznes faktlar yer alır.
Qeyd olunur ki, Aydın Əliyevin köməkçisi olan Şaciyə xanımın Azərbaycan, Gürcüstan və Türkiyədə biznes şəbəkəsi fəaliyyət göstərir. Şaciyə xanım Bakıda ən prestijli gözəllik salonlarının, tort mağazalarının, restoranların sahibəsidir.
Onun hansı yolla varlandığı haqda məlumat verən mənbə bildirir ki, Şaciyə xanım Aydın Əliyevin köməkliyi və birbaşa dəstəyi ilə xaricdən Bakıya gətirilən su və bir sıra ərzaq məhsullarının monopolistinə çevrilib. Bir neçə ilə milyonçuya çevrilən xanımın daha bir ortağı da var. Bu barədə yaxın günlərdə… Hələliksə Şaciyə xanımın Şaciyə xanıma məxsus olan obyektlərin siyahısını təqdim edirik:
Bakının ən məşhur restoranlarından olan “Fayton” “Elbara” restoranı
“Hoologans Pub”
“De Luxe” restoranı
“Peony art Baku” toyların və nişanların təşkili
“Shaddy” tort mağazası
Şəhərin mərkəzində fəaliyyət göstərən 10-a yaxın gözəllik salonu
Turizm şirkətləri və diğərləri…
Eyni zamanda biznesledi Türkiyə və Gürcüstanda bir çox şirkətin sahibəsidir. Ölkədə işsizliyin artdığı, sosial narazılığın çoxaldığı bir zamanda Şaciyə xanım ağıllı addım ataraq, biznesinin bir hissəsini qonşu ölkələrə daşıyıb. Əslən Gürcüstandan olan gömrük generalı Aydın Əliyev oradakı biznesini də xanım bilavasitə özü və yaxın qohumları vasitəsilə həyata keçirir.

 

Redaksiyadan:  Qarşı tərəfin mövqeyini öyrənməyə və işıqlandırmağa hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam