Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hansı balıqçılar cərimələnir? –Nazirlik açıqladı

 

Nazirliyin mütəmadi olaraq icazəsiz balıq ovlayanlarla bağlı keçirdiyi reydlər, balıqçıların cərimələnməsi bir qədər çaşqınlığa səbəb olub. Çoxlarını maraqlandıran əsas məsələ isə qadağaların və cərimələrin hansı balıq ovçularına aid edilməsidir.

Yenixeber.org: Maraqlıdır, balıq ovu ilə məşğul olan hər kəs müvafiq sənəd əldə etməlidir? Kimlər balıq tutmaqda sərbəstdir və onlara heç bir qadağa tətbiq edilmir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən suallarımıza cavab olaraq bildirilib ki, həvəskar şəkildə balıqçılıq etmək üçün heç bir sənəd tələb edilmir. Bu işlə həvəskar formada məşğul olan insanlara nazirlik qadağa tətbiq etmir:

“Azərbaycanın “Qırmızı kitab”ına düşən dəniz sıfı, poru balığı, qaya balığı (kələmo), qızıl xallı balıq (farel), Xəzər qızıl balığı, qılınc balıq, zərdəpər, Xəzər şirbidi, Şirvan külməsi kimi balıq növlərinin, eyni zamanda nərə cinsli balıqların ovu qadağandır. Bu qaydaların və qadağaların sənaye balıq ovu ilə məşğul olan şəxslər tərəfindən nəzərə alınması vacibdir.

Hər bir balıqçı su bioresurslarının qorunmasına və mühafizəsinə məsuliyyətlə yanaşaraq, onların qaydalar çərçivəsində ovlanmasına əməl etməlidir. Ümumilikdə isə sənaye ovu ilə məşğul olan hər kəsin xüsusi icazə sənədi olmalıdır. Balıq və digər su bioresurslarının sənaye ovuna kvota və balıqovlama biletinin alınması balıqçılıq haqqında qanunvericiliklə tənzimlənir. Ancaq bunun həvəskar şəkildə balıq tutan şəxslərə aidiyyəti yoxdur”.

Nazirlikdən bildirilib ki, nazirliyin apardığı tədbirlər sənaye balıq ovu ilə məşğul olanlarla bağlıdır:

“Əgər əməkdaşlarımızın keçirdiyi reydlərdə ictimaiyyət nümayəndələri, media təmsilçiləri də iştirak etmək istəyərsə, bunun üçün heç bir maneə yoxdur və arzu edənləri bu tədbirlərdə iştiraka dəvət edirik”.

Nazirlikdən həmçinin bildirilib ki, balıq və digər su bioresurslarının sənaye ovuna kvota ayrılması və balıqovlama biletinin verilməsi proseduru 2 mərhələdən ibarətdir:

“1-ci mərhələdə, kvota alınması üçün balıqçılıqla məşğul olan hüquqi və fiziki şəxslər ərizə formasını doldurmalı, ov ediləcək yerləri göstərməli, kvotanın balıq növləri üzrə bölgüsünü və ov alətlərinin briqadalar üzrə bölgüsünü göstərməlidir. Mülkiyyətində və icarəsində olan gəmi və ya qayığa istifadə hüquqlarını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti əlavə edilir və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə təqdim olunur. Kvota ayrılmasına razılıq verildikdən sonra kvotanın dəyəri departamentin bank hesabına ödənilir.

Ödənişin məbləği hər balıq növü üzrə ayrıca hesablanır. Xariçi vətəndaşlar üçün məbləğ 2 dəfə artıqdır.

2-ci mərhələdə, artıq kvotanı almış balıqçı mütləq qaydada ETSN-in http:/www.eco.gov.az rəsmi saytının elektron xidmətlər bölməsindən “Sənaye balıq ovuna balıqovlama biletlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” bəndində göstərilən ərizə formasını doldurur, tələb olunan sənədləri əlavə edir və 5 gün müddətində balıqovlama bileti alır. Əgər hər hansı balıqçı balıqovlama biletinin alınması ilə bağlı çətinliklə rastlaşarsa, Departamentimizə və ya Nazirliyin “168” nömrəli qaynar xəttinə müraciət edə bilər. Bütün prosedur şəffaf şəkildə elektron qaydada həyata keçirilir, hazırda balıqovlama bileti almaq istəyən şəxslər üçün heç bir maneə yoxdur”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam