Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ayna Sultanova parkının pulu yeyilib, şirkət yoxa çıxıb –Foto/Reportaj

 

Məşhur Ayna Sultanova parkı 5 ilə yaxındır mühasirədədir. Park təmir adı ilə bağlanıb. Amma Binəqədi rayon İcra Hakimiyyəti ərazidə təmir işləri aparmır.

Yenixeber.org: Belədirsə, parkın 5 ildir hasarlanmasının mənası nədir deyə sakinlər əməkdaşlrımıza sual edirlər. Onların sözlərinə görə, ətrafda yaşayanlar parka istirahətə çıxırdılar.

► Park məhv olmaqdadır

Di gəl ki, Atatürk prospektində yerləşən bu kiçik parkın illərlə uzanan “təmiri” onların istirahətini pozub. Susuzluqdan zəhmətlə əkilib böyüdülən ağaclar da quruyub məhv olurlar.

Parkda çəkiliş apararkən gördük ki, ot qalaqları, zibil dağları bir kənara toplanıb, A.Sultanovanın büstünə toxunulmayıb, köhnə skamyalar da öz yerindədir.

Yəni, parkda heç bir təmir işi getməyib və 5 ildir ərazi Binəqədi RİH tərəfindən “işğaldadır”. Sakinlər şübhələnirlər ki, park satışa çıxarılıb.

“Demişdilər ki, Avropa Oyunlarına qədər təmir edəcəyik. Biz də sevindik ki, nə yaxşı, rahat dincələ biləcəyik. Amma bizi aldatdılar, 5 ildir təmir getmir. Onda açın da…” ,- deyə Binəqədi sakini Fazil Cümşüdov şikayətlənir.

O deyir ki, Ayna Sultanova parkı 1980-cı ildə yaranıb, ərazisi  1,6  hektar sahəni əhatə edir.

► “Elta Construction” qeybə çəkilib

Parkda Ayna Sultanovanın heykəli, həmçinin bir ədəd fəvvarə mövcuddur, Atatürk prospekti ilə Ziya Bünyadov küçəsinin kəsişməsində yerləşir.

Hələ 2014-cü ildə Binəqədi RİH-dən modern.az-a bildirilib ki, yeni layihəyə əsasən, parkın ərazisi ən müasir səviyyədə qurulacaq.

Yenidənqurma işləri “Elta Construction” şirkəti tərəfindən aparılır. İstifadəyə verildiyi müddətdən indiyə kimi heç-bir bərpa işləri aparılmayan park ən müasir standartlara uyğun olaraq yenidən qurulacaq.

Parkda sakinlərin istirahəti üçün oturacaqların, uşaqlar üçün əyləncə qurğularının, yaşıllıq zolaqlarının salınması və gül kollarının əkilməsi, həmçinin müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulub.

Layihəyə əsasən, Ayna Sultanovanın heykəlinin ətrafı yüksək zövqlə yeni tərtibatda yenilənəcək. Bu heykəl 1986-cı ildə ucaldılıb.

► RİH-nin qırmızı yalanı…

Göründüyü kimi, həmin açıqlamadan 4 il keçib, nə adıçəkilən şirkət tərəfindən iş görülüb, nə Binəqədi RİH bu layihənin icrası üçün tələb irəli sürüb.

Bir müddət öncə hasarın üzərində layihəni “Elta Construction” şirkətinin gerçəkləşdirəcəyi ilə bağlı lövhə də vardı. Ancaq hazırda bu lövhə görünmür.

Sakinlərsə şəkk-şübhədədirlər. Onlar parkda işlər aparılmadıqca ərazinin satıldığı qənaətinə gəliblər. Ona görə də eyvanlarından parkın ərazisini gözaltında saxlayıblar.

Xatırladaq ki, vaxtilə Azərbaycanda rəhbər vəzifələrdə çalışmış Ayna Sultanova Kommunist Partiyasının ideyalarını həyata keçirən siyasi və ictimai xadimlərindən biri olub.

O, Azərbaycanın sovet dövrü tarixinin tanınmış simalarından olan Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı olub.

Ayna Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələnib.

 

Emil Salamoğlu/AzEuroNews.com/

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam