Eldar Əzizov Salyan şossesində 50 ilin meşəliyini qırır –Foto/Reportaj
“Bu ağacları kəsənlərin görüm əlləri qırılsın. Belə vicdansızlıq olar? Bizim nəfəsimizi, oksigenimizi, uşaqlarımızın təmiz hava almağını kəsirlər”.
Yenixeber.org: Səbayel rayonunun Salyan şossesində yaşayan sakinlər saytımıza danışarkən yaşıllıqları məhv edənləri belə lənətləyirlər.
► “Əlləri qırılsın…”
Onların sözlərinə görə, 50 il yaxın bir parkı “yaşıl genosidə” məruz qoyublar. Sakinlər deyirlər ki, meşəlikdə hər gün bir ağac azalır:
“Ağacların dibinə kislota, nöyüt tökürlər, yandırırlar, qırıb atırlar, əllərindən gələni edirlər ki, bu yaşıllıq yoxa çıxsın.
Bilmirik məqsədləri nədir, kimdir. Ancaq fakt qocaman bir meşəni xəritədən silirlər. Bunu Allah götürməz. Hər yeri dağıdırlar, tökürlər, bircə bu park qalmışdı. Onu da məhv edirlər”.
Sakinlər iddia edirlər ki, yaşıllıqlara qənim kəsilənlərin arxasında Səbayel Rayon İcra Hakimiyyəti və yerli bələdiyyə dayanır.
İH və bələdiyyə əlbir olaraq Salyan şossesindəki qədim parkı yoxa çıxarırlar. Bundan sonra ərazidə tikinti aparılacağı planlaşdırılıb.
Ona görə də yaşıllıqlar qurban verilir. Yerli sakinlər ümid edirlər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tədbir görəcək.
Fotolardan də görmək olar ki, baxımsız qalan və xarabalığa çevrilməkdə olan parkın irigövdəli ağaclarını kəsərək təbiətə qarşı soyqırıma yol verirlər.
► Aslan İsmayılovun parkı necə dağıdıldı?
Sakinlərin dediyinə görə, Səbayel RİH-nə edilən şikayətə baxılmayıb. Amma bu rayonda yaşıllıqlara “divan tutulması” ilk hal deyil. Deyirlər ki, Eldar Əzizov rayonun icra başçısı olandan Səbayeldə yaşıllıqlar keçəlləşir.
Xatırladaq ki, bir müddət əvvəl tanınmış hüquqşünas Aslan İsmayılov Səbayeldəki ağacların məhvindən yazmışdı.
Sitat: “650 Xan Çinarı əkdim. İsti yay günlərində hər günü həmin ərazidə keçirdim və ağacların hamısının yerli şəraitə uyğunlaşmasını təmin edib qurumasının qarşısını aldım.
İşlərin çoxunu öz əllərimlə gördüm. Bundan başqa daim ərazidə olmaq, ağaclara qulluq etmək üçün Zahid adlı bağban da tutdum.
Həmin şəxsin işini vicdanla yerinə yetirməsi, normal iş şəraitini təmin etmək üçün həmin ərazidə təxminən 10 kv. metrlik vaqon yerləşdirdim. Həmin vaqonda Parkda istifadə edilən avadanlıqlar və Zahidin şəxsi əşyaları yerləşirdi.
Səbail rayon icra başçısı Eldar Əzizovun göstərişi ilə onun müavini Abit Əliyev əraziyə gəlib vəhşicəsinə həmin vaqonu yerindən götürtdürdü və ətrafda olan çoxillik ağacları məhv etdi.
Bu adama bildirəndə ki “saldığımız parkın heç kimə ziyanı yoxdur, daha yaxşı olar ki, 50 metr aralıqda ətrafdakı ağacları qırıb orada əxlaqsızlıq yuvası düzəldənlərin qarşısını alsın, Abit Əliyev gözümün işinə baxa-baxa bunları dedi: “bu Parkı biz salmışıq, sən isə bizə qarşı provokasiya ilə məşğulsan”. Yunis/AzEuroNews.com/