Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Bakıda daha bir ağackəsmə qalmaqalı:qarşıdurma baş verdi (VİDEO)

Bakıda daha bir ağackəsmə qalmaqalı:

Bakının Binəqədi rayonu ərazisində şirkət tərəfindən ağacların kütləvi şəkildə kəsilməsi sakinlərlə qarşıdurmya səbəb olub.

Yenixeber.org:  Bu sözləri paytaxt sakini Tural Yusibov şikayəti zamanı deyib. O bildrib ki, artıq Binəqədi rayonu Mir Cəlal Paşayev küçəsində yerləşən parkda ağaclar kəsilib, tikinti işləri aparılır:

Park ərazisi su hövzəsinə 5-6 metr yaxın olduğu üçün burada hər hansı bir tikint işlərinin aparılması qadağan olunub. Ancaq indi Kristal-F şirkəti saxta sənədlərlə parkın yerində yüksəkmərtəbəli bina tikməyə hazırlaşır.

“Sözügedən ərazidə yeganə bir park var, onu da söküb yerində bina tikirlər. Məsələylə bağlı Prezident Apratında olduq, İcra Hakimiyyəti qəbul elədi. Ondan sonra müvəqqəti iş dayansa da, yenə iş başladı. Şirkət parkın bir balaca hissəsini təmir edir ki, sakinlər razı qalsın.

Sakinlərdən 3 nəfəri İcraya çağırdılar ki, şirkətlə danışığa gəlin. Biz də onlara izah etdik ki, bu, həyatımız üçün təhlükədir və saxta sənəd hazırlanıb. Bu dəfə də 150-dən çox imza toplayıb yenidən Prokrorluğa və digər instansiyalara müraciət edəsiyik”.

Şikayətçi onu da qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da hadisə yerində olub: "Orada 50-60-dan çox ağac kəsilib. Keçən il həmin parkı gizlin sökmək istədilər, 4 ədəd 30 ilin şamı kəsildi. Əlbəyaxa dava oldu, bir az sakitləşmişdilər. Ötən həftə də sakinlər aksiya etdi, yenə də bu qanunsuzluq davam edir”. (Qafqazinfo)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam