Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Pirallahı Vasif İmanov və onun qudaları tərəfindən qarış-qarış satılır

 

 

Pirallahı Vasif İmanov və onun qudaları tərəfindən qarış-qarış satılır
Yenixeber.org: Bakının yeni rayonu sayılan Pirallahıdan redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, icra başçısının yeni biznesi nəticəsində dənizkənarı ərazilər vətəndaşların üzünə bağlanır. Rayon icra başçısı Vasif İmanovun qanunsuz sərəncamları nəticəsində artan narazılıqlara isə məhəl qoyulmur.

Xatırladım ki, realliq.info dəfələrlə Pirallahı rayonunda mənimsənilən dövlət vəsaitləri və icra başçısının saxta adlarla yaratdığı MMC – lərin qanunsuz fəaliyyəti haqında qeyd etmişik. Vasif İmanovun uşaqlarının adına yaratdığı “VAST” MMC – nin fəaliyyətini yoxlayanda əmin olursan ki, bu məmur layihələrə ayrılan milyonları şəxsi vəsaitinə çevirməkdən çəkinməyib. Oğlunun və digər ailə üzvlərinin hesabına köçürülən pulların dəyəri milyonlar təşkil edir.

Vasif İmanovun çəkinmədən dövlət vəsaitini mənimsəməsi bir sıra suallar yaradır. İlk olaraq icra başçısının arxayıncasına etdiyi qanunsuzluğa görə məsuliyyət daşımamasının səbəbi düşündürən məqamdır.

Apardığımız araşdırmalar göstərir ki, İmanovu bu vəzifəyə SOCAR – ın prezidenti Rövnəq Abdullayev gətirib. Onun sayəsində milyonlar qazanan icra başçısı ağasına dənizkənarında villalar və yaxta hədiyyə edib. İcra başçısının qudaları da sıradan biri deyillər. “Azərsu” ASC – nin sədri Qorxmaz Hüseynov və “Azərsüvinir” MMC – nin sədri Tariyellə quda olan Vasif İmanov özünə arxa tapmaqda çətinlik çəkməyib.
İcra başçısının Pirallahıda sosial vəziyyəti ağırlaşdırmaqda davam etməsi insanları narahat edir. Pirallahı sakinləri redaksiyamıza müraciət edərək rayonda tüğyan edən özbaşınalığın qarşısını almağa köməklik göstərməyimizi istəyirlər. 

Biz, Realliq.info olaraq Pirallahı rayonunda baş verən özbaşınalığın araşdırılmasına başlamışıq. Yaxın günlərdə Vasif İmanovun qanunsuz əməlləri və onun uşaqlarının saxtakarlıqları barədə ətraflı məlumat verəcəyik. 
Bizi izləyin.
Realliq.info 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam