Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısı haqda ilginc iddialar

 

Pirallahı rayonun icra başçısı Vasif İmanovla bağlı redaksiyamıza şok məlumat daxil olub.

 

Xeberinfo.com:   İddia olunub ki, icra başçısı sakinlərin evlərini yandırır. Pirallahı rayon Səməd Vurğun küçəsində yaşayan sakinlərin verdiyi məlumata görə, onların yaşadıqları ərazinin bir hissəsi yol kənarı olduğu üçün plana düşüb. 

Plana düşən ərazilərin söküntüsü zamanı da sakinlərə kompensasiya verilməyib. Və söküntüdən sonra mənzillərdən qalan materiallar da mənimsənilib. Bu azmış kimi icra başçısı digər evlərin də yararsız hala salınaraq sökülməsi üçün inanılmaz yola əl atıb.

Son bir ay içində Pirallahı rayonunda 10-a yaxın ev yanıb. Maraqlısı isə budur ki, yanğınla bağlı heç bir araşdırma aparılmayıb və bunun hansı səbəbdən baş verməsi müəyyənləşdirilməyib.

Sakinlər iddia edirlər ki, bütün bunları İcra Hakimiyyəti bilərəkdən edib. Məqsəd isə ərazini yararsız hala salıb, heç bir təzminat ödəmədən insanları evlərindən köçürməkdir.

Sakinlər qeyd edirlər ki, artıq gecələr belə yata bilmirlər. Yaradılmış xüsusi qruplar əraziyə nəzarət edirlər ki, yanğın baş vermsin. 

Bənzər yanğın hadisələri rayonun Süleyman Bağırov küçəsində də baş verib.

Pirallahı rayon İcra Hakimiyyətindən sakinlərin iddialarına münasibət öyrənməyə çalışsaq da, istəyimiz baş tutmadı.

Qaynar.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam