Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vasif Talıbov icra başçısının 4 müavinini işdən qovdu

Vasif Talıbov icra başçısının 4 müavinini işdən qovdu - Rəsmi

 

 

  "Xeberinfo.com":  Hər zaman qəbul etdiyi sərt qərarlarla ictimaiyyətin diqqətini çəkən Naxçıvan Muxtar  Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun bir neçə gün bundan əvvəl Şərur rayon icra hakimiyyəti başçısının 4 müavinini işdən çıxarması, icra başçısı ilə bağlı isə Preziden Adminstrasiyasına təqdimat göndərməsi xəbəri yayılmışdı.
 
    Müxtəlif sosial şəbəkələrdə, internet portallarda yayılan xəbərlə bağlı "Ucnoqta.az”ın əməkdaşı araşdırma aparıb və maraqlı faktlar əldə edib.
 
    Belə ki, Şərur rayonunda bir neçə müəssisənin açılışında iştirak edən Nax MR Ali məclisinin sədri Vasif Talıbov orada yerli camaatın problemləri ilə maraqlanıb. Bu zaman Vasib Talıbova icra hakimi və onun müavinləri ilə bağlı çoxlu şikayətlər bildirilib.
    Rayon əhalisi, bildirib ki, icra başçısı və onun müavinləri sakinləri qəbul etmir, onların problemləri ilə maraqlanmır.
Sakinlərin şikayətlərini diqqətlə dinləyən Vasif Talıbov  onlara lazımi tədbirlərin görüləcəyini bildirib.
Daha sonra Şərurdan Ali Məclisə qayıdan Vasif Talıbov dərhal icra hakiminin 4 müavinini işdən azd edib. İşdən azad olunan müavinlər Rövşən Bağırov, Kamil İskəndərli, Ələddin Məmmədov və Minurə Hüseynlidir.
Ali Məclis sədri icra başçısı İbrahim Məmmədova sərt xəbərdarlıq edərək, onun işdən azad olunması üçün PA-a təqdimat da yazıb.
 
    Artıq Vasif Talıbov icra başçısına yeni müavin də təyin edib. Bu Şərur rayon MSK-nın sədri Kamal Ələkbərovdur.
 
    Qeyd edək ki, məlumatları Nax MR Ali Məclisinin mətbuat xidmətindən təsdiqləsələr də, əlavə məlumat verilməyəcəyini bildiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam