Günümüzün daha bir probemi:oğullarımızın qıza "çevrilməməsi" üçün nə etməli?
Son zamanlar valideynləri narahat edən məqamlardan biri də uşaqlarının əks cinsin nümayəndələrinin vərdişlərini mənimsəməsidir
Səbəb müxtəlifdir. Məsələn, oğlan uşaqlarının gün boyu qızlarla ünsiyyətdə olması (və ya əksinə, qızların oğlanlarla ünsiyyəti), televiziya və internet resurslarında qız kimi davranan kişilərin hərəkətlərinin təkrar edilməsi bu səbəblər sırasındadır. Bəs valideynlər belə problemlərlə qarşılaşmamaq üçün necə davranmalıdırlar?
Yenixeber.org: Suallara psixoloq Könül Telmanqızı cavab verir.
Onun sözlərinə görə, hər bir uşaq 2-3 yaşından etibarən öz cinsini tanımağa və hər şeylə maraqlanmağa başlayır. 2-3 yaşında uşaq öz cinsiyyət orqanları ilə də maraqlanır: "Müəyyən yaşda uşaqda qəribə davranışlar başlayır. Valideynlər övladlarındakı bu davranışlardan həyəcanlaraq uşaqlarına cəzalandırmağa başlayırlar. Təssuflər olsun ki, valideynler övladlarındakı bu davranışların izahını ətraflı öyrənmək üçün çaba sərf etmirlər.
Məsələn qızın oğlan, oğlanın qız kimi davranması cinsi şəxsiyyət pozuntusunun başlanmasından xəbər verir. Xüsusilə belə bir proses ilə qarşı-qarşıya qalan ailələrin ilk addımı bu problemin hormonal dəyişikliklərdən qaynaqlanıb-qaynaqlanmadığını araşdırmağı lazımdır. Əgər hormonal dəyişiklik yoxdursa, valideyn daha sıx şəklidə övladı ilə vaxt keçirərək şüuraltına ötürücülük etməlidir. Valideynlər uşaqlarında gözlənilməz davranışlar gördükləri zaman, təbii olaraq, narahatlıq keçirə bilərlər. Lakin unutmaq olmaz ki, bu, əks cinsin davranışlarından yalnız bir neçəsini göstərən hər bir uşağın cinsi şəxsiyyət pozuntusu yaşaması mənasını vermir".
Psixoloq bildirir ki, məcburiyyət etmədən valideynlərin örnək göstərdiyi davranışların uşaqlar tərəfindən müsbət nəticələndiyini gördükdə uşağı mükafatlandırmaq və həvəsləndirmək lazımdır: "Digər tərəfdən, bu proseslə əlaqəli bir çox fərqli amilləri də qeyd etmək istərdim. Psixoloji araşdırmalar zamanı ortaya çıxan bir çox risk faktorlarını diqətə çatdırıram. Valideynlər uşaqlarını əks cins kimi qiymətləndirərək davranışlarını inkişaf etdirirlər. Məsələn, oğlan uşağının saçına rezinkalar taxırlar. Qız uşaqlarında isə bunun əksi olur. Bu cür davranışlar zamanla uşağın hərəkətlərinə təsir etməyə başlayır. Sıxlıqla uşaqlarda cinsiyyətə uyğun davranışlar daimi olduğu mühitdə öz cinsiyytindən olan uşaqların çox olmasında da özünü göstərir. Uşağın ətrafında öz cinsiyyət modelinin olmadığı bir risk faktoru ola bilər. Uşaq evdə daha aktiv model olaraq oxşar davranışları inkişaf etdirə bilər. Bu cür uşaqlar ən çox daimi olaraq evdə gördüyü oyunları təkrarlaya bilərlər. Digər tərəfdən, bu uşaqlar, nisbətən hərəkətli oyunlarından uzaq dururlar. Buna görə ətrafdakı qız yoldaşlarının sayının artması bu prosesi əhəmiyyətli dərəcədə dəstəkləyə bilər. Onu da qeyd edim ki, uşaqlarda görülən cinsi şəxsiyyət problemlərinə yanaşma bu prosesi artıra biləcək amillərin aradan qaldırılması ilə başlanır. Xüsusilə evdə fəal iştirak etməyən valideynlər bu prosesdə iştirak etməlidirlər. Bu müddətdə uşağın mümkün qədər öz cinsiyyətindən olan uşaqlarla təmasının artırılması, həmcinslərinin daha diqqətə çarpan maraq göstərdiyi sahələrə istiqamətləndirilməsi əhəmiyyətlidir. Bu vəziyyətə səbəb ola biləcək səbəbləri müəyyən edə bilmək üçün valideynlər mütləq övladlarını psixoloqa göstərməlidirlər".