Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Azərbaycan üçün təhlükə:- qız çatışmazlığı...

 

Yenixeber.org: Azərbaycan hazırda selektiv abortların sayına görə Çindən sonra ikinci yerdədir.

Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Cavid İmamoğlu deyib. O bildirib ki, bunun əsas səbəblərindən biri də Azərbaycanda oğlan və qız uşaqları arasında ayrı-seçkiliyin olmasıdır:

“Azərbaycanda qız uşaqlarına münasibət birmənalı deyil, bir çox hallarda qızlarımız ayrı-seçkiliyə məruz qalırlar. Bu, həyatın müxtəlif sahələrində özünü büruzə verir. Dünyaya uşaq gətirilməsi prosesində də qız övladından daha çox oğlan övladına üstünlük verildiyinin çox zaman şahidi oluruq. Heç təsadüfi deyil ki, Azərbaycan doğulanların cins nisbətinin pozulmasına görə ölkələrin sıralanmasında ikinci yerdədir və yalnız Çindən geri qalır. Süni müdaxilələr qızların sayında kəskin azalma ilə nəticələnib. Statistikaya görə, hazırda doğulan hər 100 qıza 116 oğlan düşür. Bu isə qızların oğlanlardan 10-11% az olduğunu deməyə əsas verir. Bunun əsas səbəbləri mental düşüncə, dini motivlər, cəmiyyətdə qadına olan münasibətlə bağlıdır. Təəssüf ki, Azərbaycanda bəzi ailələrdə qız övladları arzu olunmur. Onlar bunu ictimai həyatda, məişətdə və digər sahələrdə qadınlara qarşı zorakılıq halları olduğuna görə qızları qorumağın çətinliyi ilə əlaqələndirir. Oğlan doğulanda sevinən ataların daha bir arqumenti “nəslin davamçısı” olaraq oğlanların seçilməsidir. Bu formal görünsə belə, qız uşaqlarının nəsildən sayılmaması kimi düşüncə yaradır”.

C.İmamoğlu qeyd edib ki, qız uşaqlarına qarşı ayrı-seçkiliyə son qoyulmasa, Azərbaycan demoqrafik gərginliklə üz-üzə qalacaq:

“Əgər proses bu şəkildə davam etsə, Azərbaycanda qız çatışmazlığı, əhalinin say tərkibində ciddi fərqlər müşahidə ediləcək. Qızların sayının azalması gələcəkdə anaların sayının azalmasına gətirib çıxaracaq. Bu düşüncə tərzinin formalaşmasında elmin, mədəniyyətin, dünyagörüşün öz təsiri olur. Dünyəvi bəşəri dəyərləri bilən insanlar bu cür düşüncə tərzindən uzaq olurlar. Bu sahədə də ciddi maarifləndirmə işlərinə ehtiyac duyulur. Düzgün maarifləndirmə işlərindən sonra bu düşüncənin dəyişəcəyinə ümid edirik”.

Sosioloq son günlər baş verən Lənkəran hadisələrinə də münasibət bildirib:

“Lənkəranda 6 günlük körpənin quyuya atılaraq öldürülməsi qız uşaqlarına qarşı vəhşi düşüncənin sübutudur. Bəzi bölgələrimizdə nəinki selektiv abort, hətta uşaq dünyaya gələndən sonra da onun qız olması qəbul edilmir. Halbuki bu, Azərbaycanın nə milli mentalitetinə, nə dini dəyərlərinə uyğundur. Çünki dini dəyərlərimiz, milli düşüncə tərzimiz bu düşüncə ilə razılaşmır, bu cür halların əleyhinədir. Hətta islam dini qız övladlarına yüksək dəyər verir, qız övladını Allah tərəfindən ailəyə hədiyyə hesab edir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam