Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

RUS KƏŞFİYYATININ İNGİLTƏRƏDƏ QƏTLƏ YETİRDİYİ KQB AGENTLƏRİ –qorxunc ölümlərin sayı 20-yə çatır

Keçmiş KQB agenti Sergey Skripal Moskva məhkəməsində 

 

Yenixeber.org: 66 yaşlı Sergey Skripal keçən istirahət günlərində Britaniyanın Solsberi şəhərində ticarət mərkəzində huşunu itirib. O, bütün həftəni şəhər xəstəxanasında “naməlum maddənin ehtimal edilən təsirindən” müalicə aldığı intensiv terapiya palatasında keçirib. Başqa sözlə, hökumət hesab edir ki, onu zəhərləyə bilərdilər.

Rusiyanın keçmiş casusu Skripal Rusiya kəşfiyyatının xaricdə Avropa hökumətlərilə işləyən agentlərinin adlarını açıqladığına görə Moskvada həbs cəzasına məhkum edilib. Onu dustaq mübadiləsi üzrə sövdələşmə çərçivəsində azadlığa buraxıblar. Məmurlar hesab edirlər ki, Skripal Kremlin məxfi agentlərinin hücumunun qurbanı olub.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya xüsusi xidmətlərinin bu hücuma istənilən bağlılığını inkar edib. “Hazırda görürük ki, belə faciəli hadisə baş verib, amma buna baxmayaraq,  səbəbin nə ola biləcəyi, bu adamın nə işlə məşğul olduğu, bunun nəylə bağlı ola biləcəyi haqda məlumatımız yoxdur”.

Təhqiqatın gedişində Skripalın həqiqətən də rusiyalı keçmiş həmkarları tərəfindən zəhərləndiyi müəyyən edilsə, bu, belə ilk insident olmayacaq. Rusiya kəşfiyyatı təmsilçiləri sifarişli zəhərləməni nəsə peşə kimi bir şeyə çeviriblər. Ekspertlər  rəngsiz və iysiz zəhər yaratmaq üzərində xeyli illər işləyiblər. 1954-cü ildə KQB-dən qaçağın müsahibəsindən irəli gəldiyi kimi, sınaqların bir qismi diri dustaqların üzərində keçirilib. Bəzi zəhərlər, məsələn, zarin əsəb-iflic agenti hətta cüzi dərəcədə tənəffüsdə də öldürücüdür. Başqaları (məsələn, kadmium) toxunma zamanı öldürür. Rusiya bankiri İvan Kvelidi 1995-ci ildə kadmium zəhərlənməsindən ölüb. Hökumət deyir ki, maddəni onun ofisində telefonun dəstəyinə səpiblər.

Rusiyada qadın hüquq müdafiəçisi 2008-də maşınında tapılmış civədən ölüb. 1978-ci ilin məşhur işində bolqar dissidenti Vaterloo körpüsündə çətirlə sancılmadan zəhərlənib. Çətirin ucuna gənəgərçək  hopdurulmuşdu. Başqa maddələr qurbanlarda ürəktutması yaradır.

New York Times” qəzeti yazır: “Heç bir böyük dövlət, Rusiya qədər xaricdə onun maraqlarını satmış kimi görünənlərə qarşı qətldən sistemli və qəddarcasına faydalanmır. Rusiya hüdudlarından kənarda qətl hətta 2006-da ölkə parlamentində qanuni status alıb”.

Bu hücumlar Rusiyada və sərhədlərindən kənarda baş verib. Qafqaza uçuş zamanı jurnalsit Anna Politkovskayanın çayına zəhər qatıblar. O, sağ qalıb, amma sonradan Moskvada öldürüblər. Politkovskaya Putinin qatı tənqidçisi və Çeçenistanda müharibə zamanı məşhur müxbir idi.

Lakin, görünür, Böyük Britaniyadakı rus mühacirləri lubyankalı  zəhərləyicilər qarşısında daha dişbatandırlar. Rusiyanı son 20 ildə Britaniya torpağında, ən azı, daha 14 nəfərin qətlinin təşkilində şübhəli bilirlər. Bu, qismən coğrafiya ilə bağlıdır: London Rusiya diasporunun mərkəzidir.

Amma başqa səbəblər də var. Böyük Britaniya hökuməti bu yaxınlara qədər insanların şübhəli ölüm hallarına zəhərlənmə baxımından yanaşmaqla bunu çətinliklə araşdırırdı. Hökumətin səbrinin səbəbi qisas əndişəsi, polisin səriştəsizliyi və rusiyalıların Britaniya banklarına köçürdükləri və daşınmaz əmlaka qoyduqları milyardlarla Rusiya pullarını saxlamaqdan ibarətdir. Nəticədə Rusiya Böyük Britaniyada “riskli addımlar” atır, bu zaman cavab hərəkətlərindən ehtiyat etmir. Aşağıda rusiyalıların Böyük Britaniyada müəmmalı şəraitdə həyata keçirilən bir neçə ən məşhur qətl hadisələri göstərilib.

Boris Berezovski: Berezovskini guya hamam otağında asılmış tapıblar. Polis hersab edib ki,  bu, intihar idi, amma Amerika kəşfiyyatı milyonerin öldürüldüyündən şübhələnir.

Onun bir çox silahdaşları da növbəti illərdə həlak olublar.

Skot Yanq. Multimilyoner və superzənginlər dünyasında vasitəçi Yanq uzun illər boyu narahat idi ki, rusların killer komandası onun ovuna çıxıb.  2014-də onu ölü tapıblar: evinin pəncərəsindən yıxılaraq dəmir barıya çarpılımışdı. Polis o zaman bildirib ki, o, həyatla haqq-hesab çəkib və cinayət işi açmayıb. Bununla belə, Amerika kəşfiyyatındakı qaynaqlar daxil olmaqla ekspertlər şübhələnirlər ki, onu öldürə bilərdilər.

Yanqın üç işgüzar tərəfdaşı – Pol Kasl, Robbi Kertis və Conni Eliçaoff Yanqın ölümündən sonra üç il ərzində guya intihar ediblər. Amerikanın kəşfiyyat agentlikləri hesab edir ki, hər üçü şübhəli şəraitdə həlak olub.

Badri Patarkatsişvili – gürcü oliqarxı və Berezovskinin biznes tərəfdaşı 2008-də ürəktutmasından ölüb. Ola bilsin, tutmanı zəhər törədib.

Yuri Qloubev – Berezovskinin daha bir tərəfdaşı Qolubev 2007-də Londonda ölü tapılıb. Neft maqnatı və Putinin qatı tənqidçisi Kremlin məşhur düşməniydi. 2003-də qəfil ürəktutmasından ölmüş 46 yaşlı Stiven Mossun həlakı və 2004-də helikopter qəzası nəticəsində həlak olmuş Stiven Kertisin digər şübhəli ölümlər sırasındadır. Hər ikisi bunda şübhəli bilinir ki, pulları Böyük Britaniyaya köçürməkdə Rusiya oliqarxlarına yardım edirdi.

Bu ölümlər silsiləsinin tarixçəsi zəmanəmizin ən təşvişli geopolitik tendensiyalarından birinə – Rusiya məxfi xidmətləri və nüfuzlu cinayətkar qrupların opponentləri aradan qaldırmaq üçün qətllərdən istifadə etməsi və Britaniya hökumətinin buna qarşı durmaq bacarıqsızlığına işıq salır.

Aleksandr Litvinenko – Putinin məşhur tənqidçisi Litvinenko radioaktiv maddə qatılmış çay içəndən üç həftə sonra 2006-cı ildə vəfat edib. 2016-da Böyük Britaniyada aparılan rəsmi təhqiqat müəyyən edib ki, Putin “ehtimal ki” keçmiş KQB agentinin öldürülməsini əmr edib. Hücumu həyata keçirməkdə ittiham edilən Andrey Luqovoy və Dmitrin Kovtun dəxli olduqlarını inkar edərək ehtimal irəli sürüblər ki, London seçkiqabağı Moskvada hökumətdən narazılığı qızışdırmağa cəhd edir. Aleksandr Perepiliçnı – 2009-da Rusiyadan Londona qaçıb və bank köçürmələri haqda ən yüksək səviyyədə korrupsiyanın sübutlarını qeydlər halında İsveçrə hökumətinə təqdim edib. 2012-də qaçış zamanı onda ürəktutması baş verib. Ümumi etirafa görə, o, əla formada idi. 2015-də onun ölümünü Himalyada bitən və Çin xüsusi xidmətlərinin əvvəllər istifadə etdiyi nadir zəhərli bitki hilmeziumla əlaqələndiriblər.

"7 Дней" (ABŞ), 11.03.2018


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam