Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

10-dan çox ölkənin diplomatları Rusiyadan çıxarılır

 

10-dan çox ölkənin diplomatları Rusiyadan çıxarılır
Ukraynanın Rusiyada fəaliyyət göstərən 13 diplomatı ölkədən çıxarılacaq.
Yenixeber.org: Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi Moskva Ukrayna ilə yanaşı 10 ölkənin (Estoniya, Latviya, Litva, Çexiya, Polşa, İtaliya, Finlandiya, Niderland, İsveç və Böyük Britaniya) diplomatının ölkədən çıxarılması barədə qərar verib. Rusiya XİN, həmçinin İsveçin 1 diplomatı və Estoniyanın hərbi attaşesi Toomas Pedanın ölkədən qovacağını bəyan edib.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb. 

Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Cavab olaraq Rusiya 23 britaniyalı diplomatı ölkədən qovub. Siyasi skandal bununla bitməyib. ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə Britaniyanın mövqeyini dəstəkləyərək rusiyalı diplomatların ölkədən çıxarılmasına qərar verib. Daha sonra NATO üzvü olan 25-dən çox ölkə “Skripal işi” ilə bağlı rusiyalı diplomatları deportasiya edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam