Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Uşaqlarımızı ipdən necə alaq?- Psixoloq valideynlərə səsləndi

Uşaqlarımızı ipdən necə alaq?

 

 

Günümüzün ən aktual problemlərindən biri, bəlkə də birincisi intiharlardır. Demək olar ki, hər gün insanın özünü öldürdüyü haqqında xəbərlərlə rastlaşırıq. Xüsusən də gənc insanların canına qəsd etməsi halları çoxalıb. Bəzən uşaqların belə intihar etməsinin şahidi oluruq

 

Yenixeber.org: İntiharı yaradan səbəblərdən danışan psixoloq Könül Telmanqızı bildirib ki, faciə, güclü duyğusal stress insanların alternativ həllər üzərində gözlərini dünyaya bağlamasına səbəb oluması ilə nəticələnir:

"Çox zaman bu belədir. Gördüyünüz şey başqasına nisbətən çox az məna daşıyır və sizin üçün əhəmiyyətsiz bir hadisə başqasına son dərəcə stressli görünə bilər. Krizlərin təbiətinə baxmadan, vəziyyətdən yuxarı çıxa bilməyəcəyini düşünərsə insan, intiharın cəlbedici bir həll kimi görünməsi təhlükəsi var deməkdir. Hər kəs zaman-zaman təklik, depressiya, çarəsizlik və ümidsizlik duyğularını yaşayar. Hər kəsin emosional tənzimlənməsi unikaldır. Hər kəs bu vəziyyətlərə müxtəlif yollarla cavab verir".

Psixoloqun qənaətincə intihar dərhal, yaxud uzun və ya dolayı yollarla ola bilər: "İntihar etmək fikrində olan gənclərdə intihar üçün lazım olan alətlərə maraq oyanır, intiharla bağlı məlumatlar toplayır, bu barədə filmlərə baxırlar. Valideyinlərə tövsiyə edirəm ki, uşağı onun problemlərini başa düşməyə, probleminin həllinə kömək etməyə hazır olduqlarına inandırsınlar. Valideyinlər bu dövrdə uşaqlarına daha yaxın olmalı, onların problemləriylə çox maraqlanmalı, qapalı olmalarına imkan verməməli, övladları ilə dostlaşmalıdırlar. Uşaqların yetişdirilməsi çətin və kompleks bir işdir. Bu yolda hər şeydən öndə valideynlərə böyük məsuliyyət düşür".

Könül xanım deyir ki, əgər hər hansı bir gənc bu gün intihar edəcəyi haqda siqnal ötürürsə, valideyin övladı ilə bağlı məsələlərdə, davranışlarında daha da diqqətli olmalıdı: "Yaxşı tərbiyə edilmiş, cəmiyyətə qazandırılmış bir gənc, həm ailəsi həm də məmləkəti üçün bir sərvətdir. Çünki uşaqlar həyatlarını valideynləri ilə qurduqları münasibətlərdən öyrənib əlaqələndirirlər. Valideynlər uşaqları olduqdan bəri səbirli olmalı və onlarla maraqlanmalı, övladlarını ayda bir dəfə psixoloq nəzarətində saxlamalıdırlar. Şübhəsiz, sağlam bir nəsil qarşılıqlı sevgi və hörmətin hakim olduğu, şüurlu və oxuyan ailə nüvəsində meydana gələcək. Bütün bunları göz önündə saxlayaraq övladlarımızı qorumalıyıq - hər şeydən və hamıdan...".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam