Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bayılda sürüşmə zonasında təhlükə sovuşmayıb

 

 

 

Sakinlərə xüsusi sığınacaqda yemək verilir, sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib

 

Yenixeber.org: Bayılda sürüşmə zonasında təhlükə hələ də qalmaqdadır. Sakinlərin sözlərinə görə, ərazidə müvafiq qurumların nümayəndələri işlər aparırlar. Lakin təhlükə hələ də sovuşmayıb.

Əksinə, sakinlər söyləyirlər ki, onlar “Teleqüllə” yaxınlığındakı torpaqda yaranmış yarğana baxırlar və hər dəfə vəziyyətin pisləşdiyini görürlər: “Bizim üçün yaradılan sığınacaqda yeməyimizi yeyib axşam isə qohumlarımızın evində gecələyirik. Sağ olsunlar ki, normal yeməklər verirlər. Ancaq yatmaq üçün şərait yaxşı deyil.  Kirayə pulu, kompensasiya ilə bağlı da heç bir yenilik yoxdur. Mətbuata kirayə pulu vermələri ilə bağlı açıqlama versələr də, konkret addım atılmayıb” deyə,  sakinlər “Yeni Müsavat”a bildiriblər.

Sakinlər həmçinin qeyd ediblər ki, sürüşməyə yaxın olan evlərdə yanvarın 24-dən etibarən qaz, su, elektrikin verilişi dayandırılıb. Ancaq sürüşmədən bir qədər kənardakı yaşayış evlərinin elektrikləri ilk günlər kəsilsə də, sonradan bərpa olunub.  Qazın verilişi isə sürüşmə təhlükəsi olan ərazi boyunca bərpa edilməyib.

Səbayel Rayon İcra Hakimiyyəti Bayıl sürüşmə zonasında görülən işlər və araşdırmaların vəziyyəti ilə bağlı məlumat yayıb.

İcra hakimiyyətindən musavat.com-a daxil olan açıqlamada bildirilib ki, son bir neçə gün ərzində müxtəlif KİV-lərdə Səbayel rayonu Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı bir-birinə əks, həqiqətə uyğun olmayan xəbərlər yayımlanır, sürüşmə hadisəsinin yamacda aparılan tikintilər və s. ilə əlaqələndirilir.

Bununla bağlı İH-dən bildirilir ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib.

Müəyyən olunub ki, burada tikilmiş evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalniz 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır.

ekspedisiyasının rəisi Əziz Qaralov ile ilgili görsel sonucu

Bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri 1 gecə ərzində, əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunmuş, möhkəm özülü, dayağı olmayan, 1 mərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir.

Açıqlamada qeyd olunur: “Xarici mütəxəssislərin rəyi bəzi qurumların sürüşməyə səbəb kimi burada aparılan tikinti və s. xarici amillərin göstərilməsini iddialarını alt-üst edir. Ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin 1 mərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli bina tikintisinin 5-6 km kənarda, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amilin təsiri sualını aradan qaldırır”.

Bildirilib ki, hazırda RİH-də yaradılan qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi hüquqi müstəvidə həll olunacaq. 

ekspedisiyasının rəisi Əziz Qaralov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, sürüşmə sahəsində vəziyyət stabilləşib. Ə. Qaralov həmçinin Yaponiyadan dəvət olunan mütəxəssislərin hansı iş görməsi məsələsindən də danışıb:“Orada çalışan əməkdaşlarımızla danışdım. Onlar bildirdilər ki, ərazidə nisbi stabil vəziyyət hökm sürür. Bizim mütəxəssislərimiz orada iş görmək üçün yetərincə savada malikdirlər. İstənilən səviyyədə mütəxəssislərimiz var.  Avadanlıqlar, lazımi mütəxəssislər cəlb olunarsa, təbii ki, yaponiyalıların gördükləri işləri biz də görə bilərik. Orada elə bir çətinlik də yoxdur. Sadəcə olaraq, Bayılda 2000-ci ildə baş verən sürüşmə zamanı da yaponları dəvət etmişdilər. Onlar ərazidə iş aparmışdılar. İndi də həmin mütəxəssislərin ərazi haqqında anlayışı olduğu üçün onları yenidən dəvət ediblər. Onlar da öz təkliflərini hazırlayırlar. Bütün təkliflərə baxılıb, qərar qəbul olunacaq”.

Bakıda yeraltı çayların axması ilə bağlı fikirlər səngimir. Hətta belə bir açıqlama da olmuşdu ki, Bayılda da sürüşmə zonasında torpağın altında çay axır. Bununla bağlı Ə. Qaralov aşağıdakıları söylədi: “Ümumiyyətlə, geologiyada belə bir hal yoxdur ki, yer altından çay axa. Elə bir sözü geologiyadan xəbərsiz olan adam deyə bilər. Yerin strukturu, tektonikası, layların vəziyyəti var. Yer altından çay axa bilməz. Torpağın altında qrunt suyu ola bilər. Ancaq çay şəklində harasa getməsi mümkün deyil. Kanalizasiya sularının, sızmaların axması başqa  şeydir. Ancaq buna çay demək olmaz. Bu, mütəxəssis sözü deyil...”

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam