Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Bayılda 67 ailəyə kirayə haqqı ödənildi- Minimum 100 manat

Bayılda 67 ailəyə kirayə haqqı ödənildi

 

 

Bayıl yamacının sürüşmə zonasında yerləşən və təhlükəli vəziyyətdə olan 67 evin sahiblərinə birinci ay üçün kirayə haqqı ödənilib

 

Yenixeber.org: Bu barədə sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, kirayə haqları kart vasitəsilə deyil, şəxsiyyət vəsiqəsini təqdim etməklə Azərbaycan Beynəlxalq Bankından verilib: "Bizə demişdilər ki, minimum aylıq kirayə haqqı 260 manatdan başlanacaq. Amma belə olmadı. 3-4 nəfərlik ailəyə 100-150 manat, 6 nəfərlik ailəyə 250 manat, 8, 9 və daha çox ailə üzvü olanlara isə 300 manat kirayə haqqı ödənildi. Bir ayın kirayə haqqını aldıq. Bankdan bildirdilər ki, kirayə müavinətləri üçün plastik kartlar bir neçə günə hazır olacaq və sonrakı aylar üçün kirayə haqları həmin kartlarla ödəniləcək".

Ötən gün "Kapital Bank"ın mətbuat katibi Pərviz Sədrəddinov Trend-ə bildirib ki, bank tərəfindən hələlik sakinlərə veriləcək kirayə müavinətlərinin vaxtı konkret məlum deyil: "Əksər vaxtlarda sosial tipli ödənişlər "Kapital Bank" vasitəsilə verilir və bu hal da istisna edilmir. Hazırda prosedura əsasən, işlər aparılır və vəsait köçürülən kimi sahiblərinə təqdim olunacaq". 

Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov Trend-ə bildirib ki, verilən kirayə haqlarının məbləği ilə bağlı məlumatlı deyil, məsələni konkretləşdirib əlavə məlumat verəcək.

Qeyd edək ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdiriliblər.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam