Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Hökumət deputatların təklifinə niyə cavab vermir? -Kredit problemi

Vahid_Ehmedov1465308874

Milli valyuta hər gün yumşaq devalvasiyaya uğramaqla bir az daha ucuzlaşır.

Xeberinfo.com:   Dollarla kredit götürmüş vətəndaşların ödəniş haqqı da elə yumşaq şəkildə artmaqda davam edir. Belə ki, Mərkəzi Bankın yanvarın 17-nə açıqladığı USD/AZN rəsmi məzənnə 1,8045 səviyyəsində müəyyən olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, həmkarı Əli Məsimli ilə birlikdə hazırladığı 14 səhifəlik təklifə hökumət tərəfindən cavab verən yoxdur:
“Hələlik hökumət bu təkliflərə nə müsbət cavab verib, nə rədd edib, nə də həlli barədə qərar verib. Amma gec-tez bu məsələ öz həllini tapmalıdır. Əks təqdirdə problemli kreditlərin həcmi durmadan artacaq. Çünki dolların məzənnəsi hər gün bir az daha da bahalaşır. Bu prosesi saxlamaq qeyri-mümkündür”.

V.Əhmədov bildirib ki, insanlara imtiyazlar səviyyəsində güzəştə gedilməsi həm bank sisteminin sağlamlaşdırılmasına, həm də vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam