Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Deputat dolların ucuzlaşdırılmasına qarşı: “Manatı ucuzlaşdırmaq lazım idi”

A6CBA3D4-C53F-456C-BDD6-542E80D573E1_cx0_cy5_cw0_mw1024_mh1024_s

“Hökumət niyə belə qərar verdi, mən izahını tapa bilmirəm”

Xeberinfo.com:  Mərkəzi Bank oktyabrın 5-nə olan USD/AZN rəsmi məzənnəsini dünənlə müqayisədə 0,14% azaldaraq 1,6115 səviyyəsində müəyyən edib. Qeyd edək ki, oktyabrın 4-də dolların məzənnəsi 1,6138 manat idi.
Ekspertlərin böyük əksəriyyətinin valyutanın ilin sonuna qədər 2 manata qədər bahalaşacağı proqnozları fonunda dolların ucuzlaşmasının hansı iqtisadi əsasları var?
Modern.az-ın bu qəbildən olan suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cavablandırıb. O, dolların ucuzlaşmasını müsbət addım sayıb:

“Azərbaycanda dolların ucuzlaşması sahibkarlığın inkişafı baxımından müsbət haldır. Amma mən hesab edirəm ki, manat birbaşa neftdən asılı olduğu üçün dolların hazırkı ucuzlaşmasının iqtisadi əsası yoxdur. Neft qiymətləri artacağı təqdirdə dollar ucuzlaşmaqda davam edə bilər. Amma neftin qiymətində də kəskin artım görünmür. Qiymətlərin 1-2 dollar artımı ciddi dəyişiklik üçün əsas deyil”.

V.Əhmədov bildirib ki, manatın məzənnəsini uzun müddət stabil saxlamaq çox çətin olacaq:
“Mənim subyektiv fikrimdir ki, manatı bu cür qoruyub saxlamağa ehtiyac yoxdur. Bir halda ki, Mərkəzi Bank “üzən məzənnə” siyasətinə keçib, manatı yavaş-yavaş ucuzlaşdırmağa davam etmək lazım idi. Proses doğru gedirdi, amma sonradan hökumət niyə belə qərar verdi, mən izahını tapa bilmirəm.
Eyni zamanda manatı bu cür qoruyub saxlamağın qeyri-mümkün olduğunu düşünürəm”.

2015-ci ilin fevral və dekabr aylarından əvvəl manat ciddi qorunurdu. Amma milli valyuta uzun müddət qorunduqdan sonra kəskin devalvasiyaya uğradıldı. İndiki qorunma prosesi növbəti devalvasiyaya hazırlıq ola bilərmi?
Parlament üzvü deyib ki, kəskin devalvasiya gözlənilmir:
“Mən inanmıram ki, kəskin devalvasiyaya gedilsin. Hələlik Mərkəzi Bankın, Dövlət Neft Fondunun resursları hesabına manatı qoruyub saxlayırlar. Bunun üçün büdcəyə, idxal məhsullarına çox ciddi nəzarət edilir. Hökumət üzərinə düşənləri edir. Amma bir daha deyirəm ki, manatı uzun müddət bu cür qoruyub saxlamaq çox çətin və mümkünsüzdür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam