Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MERKELCİK SİYASƏTİ

 

MERKELCİK SİYASƏTİ

 

İndiki siyasətiylə Avropa Birliyi yaşaya biləcəkmi?

 

Yenixeber.org: Siyasətçi deyiləm. Ancaq Yer kürəsinin taleyini həll edən siyasətin yeridilməsində başlıca rol oynayıb siyasi fikirlər irəli sürən dövlət xadimlərinin çıxışlarına həmişə maraq göstərirəm. Həmin insanlardan biri də jurnalstlərə açıqlamasında (Yenixeber. orq 29.08.2017-ci il): “Bütün Avropa Rusiyadan 3 dəfə kiçikdir: Başqa sual var?” deyən Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker tutarlı və obyektiv fikir söyləyib.O,çıxışında qeyd edib ki, Bütün AB 5 milyon kvadrat kilometr, Rusiya isə 17,5 milyon kvadrat kilometrdir.Avropa Birliyinin təhlükəsizliyini Rusiyasız təmin etmək olmaz.

Almaniyanın Xarici İşlər Naziri Ziqmar Qabriel isə Amerikanın nüvə silahlarının ölkə ərazisindən çıxarılmasını tələb edib.Bundan əvvəl anoloji bəyanətlə Almaniya Sosial-Demokrat Partiyasının sədri Martin Şults çıxış edib. Qısa arayış:Reynland təyyarə bazasında ABŞ 20 nüvə bombası yerləşdirib. (Yenixeber.com 30.08.2017-ci il.)

Almanlar və Ruslar birinci və ikinci dünya müharibələrində qarşılaşıblar və kimin kim olduğu müəyyən olubdur. Çıxışlardan güründüyü kimi almanlar üçüncü dəfə ruslarla qarşılaşmaq istəmirlər. Əlbəttə bu yxşı haldır. Bunun başqa səbəbi də var, yeri gəldikcə bunu izah edəcəyəm.

Əvvəlcə Jan Klod Yunkerin çıxışında qeyd etdiyi iki rəqəmə münasibətimi bildirmək istəyirəm.”ATLAS MİRA-MOSKVA 1987” də həmin rəqəmlər belədir: Avropanın ərazisi 7109.3 min kv kilometr, əhalisi 490.8 milyon nəfərdir (qeyd edim ki, bir neçə on illər bundan qabaq Avropanın əhalisi 531 milyon nəfər olubdur). Rusiya Federasiyasının ərazisi isə 17075 min kv. kilometr, əhalisi 143.1 milyon nəfərdir. Göründüyü kimi ərazilər və əhalinin sayı

müqyisə olunmazdır. Yəni RF-nin ərazisi Avropanın ərazisindən 2.4 dəfə çox olsa da əhalisi 3.43 dəfə azdır.Nəyə görə bu rəqəmləri diqqətə çatdırıram , yeri gəldikcə bunu da izah edəcəyəm.

Rusiya Federasiyasını ABŞ qərb tərəfdən sıxışdırır.Yəni Rusiyanı iqtisadi cəhətdən çökdürmək üçün Avropaya təbii qazın və neftin nəqlidən yolunu kəsmişdır.

Bununla sakit olmayan ABŞ Rusyaya qarşı iqtisadi sanksiyalar tətbiq edir və Avropa ölkələrini də həmin sanksiyalara qoşulmağa məcbur edərək Rusiya ilə Avropa ölkələri arasında düşmənçilik yaradır. Fakt budur ki, Avropaya yaxın, hər tərəfli ən münasib qonşu və təbii sərvətlərlə zəngin Rusiyadır, ABŞ yox. Bax bu səbə görə də artıq Almaniya ABŞ-ın Rusiyadan mühafizə olunmasına ehtiyac duymur.Rusiya bəlkə də azı min il belə istifadə olunması mümkün olan yeraltı və yerüstü sərvətlərə malik olsa da günün tələblərinə cavab verə bilən müasir istehsal texnologiyalara malik deyil. Müasir istehsal texnologiyaları almanlarda, sərvətlər isə Rusiyadadır. Və gec-tez almanlar ruslarla iqtisadi inkişafı sürətləndirmək üçün əlbir və dilbir olmaları baş verəcəkdir. Nəticədə Avropa ilə Rusiya mehriban qonşuluq şəratində yaşayacaqlar. Bunu da qeyd etmək yerinə düşər ki, Rusiyada və Avropada hər kv km-ə düşən insanların sayı Rusiyada 8.38 nəfər olduğu halda Avropada 69.03 nəfərdir. Beləliklə Avropada yaşayan insanların gözləri yaşamaq üçün Rusiyaya baxacaqdır.

Bəs bu mühasirədən çıxmaq üçün RF necə siyasət aparır və siyasət aparmağa layiq şəxsləri varmı? RF-də üç aparıcı partiya müvcuddur. V.Putinin partiyası-DUMA, V.V.Jirinovnskinin Rusiya Liberal Demokrat partiyası və Kommunist partiyası.

Putin partiyasının ideoloqu “Beynəlxalq Avrasiya” hərəkatının lideri Aleksandr Duqindir ki, həmin layihə ilə Leninə oxşamağa çalışıb Birinci Pyotrun vəsiyyətini –yəni Avropa və Asiya əraziləri Rusiyanın tabeliyində olmalıdır,- ideyasını irəli sürür. V.Jirinovski isə Hitler sayağı hərəkətləri ilə SSRİ-ni bərpa edəcəyini bəyan edir. Rusiya Kommunist partiyası isə zurnasında keçmiş havanı çalır.Bu partiyaların liderlərinin heç birisi anlamaq istəmirlər ki, tarixin təkərləri geriyə yox, irəli işləyir,onu geriyə fırlatmaq mümkünsüzdür. Ölkələr arasında mehribanlıq yox, ziddiyyətlər gündən günə artır. Fövqəl dövlət adı uğurunda ağılasığmaz hər növ kütləvi formada insan qırğınına səbəb olan hərbi əməliyyatlar həyata keçirilir və qaçqınlar ordusu yaranır.

Rusiyanın Azərbaycana münasibətini aydınlaşdırmaq ücün az da olsa tarixi nəzərdən keçirək. Gülüstan müqaviləsi 1814-cü il sentyabr ayının 15-də qüvvəyə mindikdən sonra Azərbaycanın ikiyə bölünməsi faciəsi baş verib. Çar hökumətinin 9 iyun 1849-cu ul tarixli fərmanına əsasən yaradılan Erivan quberniyasının ərazisi 1867 ci il tarixli fərmanına əsasən 27.8 kv km həcmində müəyyən edilib. Bu azmış kimi 1923-cü il iyulun 7-də Azərbaycan SSR-də sahəsi 4.4 min kv km olan Dağlıq Qarababağ Muxtar vilayəti təşkil edilmişdir.SSRİ süqut etdikdən sonra həmin əraziyə Rus ordusunun köməkliyi ilə ermənilər yerli azərbaycanlı əhalini kütləvi surətdə qətlə yetirməklə sahib çıxmışlar.

SSRİ dağıldıqdan sonra KTMT-nin rəhbərliyinə erməni generalı Xaçaturov təyin edilmişdir. Rusiya hökuməti 10 milyard dollarla müasir döyüş texnikasını Azərbaycana sırımaqla büdcəsini vəsaitlə təmin edir, digər tərəfdən Ermənistanı da silahlandırır. Beləliklə iki başlı oyun oynayan RF höküməti cənubi Qafqazda möhkəmlənməyə çalışır.

Qardaş Türkiyə ilə münasibətlərini qaydaya salan və buna möhtac olan, ciddi surətdə baş vermiş maliyyə böhranından qurtulmaq üçün RF təbii yanacağı- qazı şübhə yeri yoxdur ki, Türkiyə vasitəsilə Avropaya yaxın müddətdə çatdıracaq.Bax bundan istifadə edib Türkiyə vasitəsilə RF-yə təzyiq göstərib Qarabağı Rusya-Ermənistan birləşməsinin əlindən qurtarmaq mümkün olar.

Mən yuxarıda “MERKELCİK” ifadəsini işlətməklə Almaniya Federasiyasının kansleri Angela Merkelin Hitler sayağı qələtlər dartmasına işarə vurmaq istəmişəm. Siyasətçilər onun fəaliyyətinə düzgün qiymət verirlər ki, Merkelin yaratdığı Avropa İttifaqı yox, xristian ittifaqıdır. Bu dişi yalquzaq iki ayağını bir başmağa dirəyib öz həmfikirləriylə birikərək Türkiyənin İttifaqa qəbul edilməsinə əsassız bəhanələrlə 40 ildən çoxdur ki, mane olurlar. Avropa İttifaqındakı bir sıra ölkələr də var ki, onun Türkiyə barəsindəki haqsızlıqlarıyla barışmırlar. Bunu da xatırlatmaq yerinə düşər ki, NATO-da ABŞ-dan sonra hərbi sahədə ən güclü dövlət Türkiyədir.Türkiyə isə Merkel siyasətinin qarşısında aciz qalmamış, iqtisadi- ticarət əlaqələrini RF ilə qurmuşdur.

Neyləyək ki, siyasi mərifətdən kəm olub pərdələnmiş formada Hitlersayağı siyasət yeridən bu ledi AB-də özündən güçlü və ləyaqətli olan ikinci bir dövləti-Türkiyəni görmək istəmir.

Söz müharibəsi, ordusuz,Türkiyəsiz və dolayısı ilə Hitleri təqlid etməklə Aropa İttifaqı yaşaya biləcəkmi?

 

Quliyev Elxan Sarı o.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam