Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

"Bakı Abadlıq Xidməti" Şəhid oğlunun pulunu ödəmir?! -Yaqub Eyyubov bilsə ki,...

Bakı Abadlıqın baş direktoru Binnət Əli Qasımov işçiləri əmək müqaviləsiz işlədir
"Bakı Abadlıq Xidməti" Şəhid oğlunun pulunu niyə ödəmir?
Şəhid oğlu Tofiq Əzimov, Ali Baş komandan İlham Əliyev cənablarından imdad diləyir.
Yenixeber.org: Bu iddialar Səfər Cavadovun FB səhifəsindəki paylaşımında yer alır. Bəlli aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə yazını dərc edirik:
"Bakı Abadlıq Xidməti" Şəhid oğlunun pulunu niyə ödəmir?
Şəhid oğlu Tofiq Əzimov, Ali Baş komandan İlham Əliyev cənablarından imdad diləyir.
Dəyərli dostlar, Bir neçə gün bundan öncə Bakı Abadlıq Xidmətinin rəhbəri Bünyad müəllimə müraciət etmişdim, problem həll olunmadığından təkrar müraciət etmək zorunda qaldım.
Xocalını Abadlaşdırmalı olan şirkət "Bakı abadlıq"ın rəhbəri Bünyad müəllim, Xocalıda hər iki valideyini Şəhid olmuş Tofiq Əzimovun halal 14 min manatını verməkdən imtina edir. O pul ki, "Abadlığın" mətbuat katibi Lalə Əliyeva xanım da borc olduğunu təsdiqləyib. "Əlimdə səs yazısı var". İndi isə müxtəlif bəhanələrlə şirkət pulu verməkdə imtina edir. Bu işdə tək əziyyət çəkən Tofiq deyil, Bakı Abadlıq bölgələrdə böyük bir narazı kütlə yaradıb.
Saxta bir profildən mənə yazıb təhdid etmişdilər ki, sən bu işlə bağlı yazıları davam etdirsən sənin üçün pis olacaq. Əlavə etmişdirlər ki, Bünyad müəllim Baş Nazirin müavini Yaqub Eyyubovun adamıdır, ona heç kim bata bilməz. Bu məlumatın nə dərəcədə düz olduğunu bilməsəm də, belə olmadığını isbatlayan fakta malik deyiləm. Əminliklə deyim ki, Yaqub Eyyubov bilsə ki, şirkət şəhid oğlunun pulunu vermir, 1 saata o pulu ödətdirər.. Bildiyim odur ki,bu şirkət işçilərin pulunu aylarla gecikdirir. 4 aydır Bakı abadlıq işçilərə pul vermir. Arqument isə budur. "Pul yoxdur"
Məndə olan məlumat odur ki, Bünyad müəllim Novruz bayramını qeyd etmək üçün Azərbaycanda öz zövqünə uyğun yer tapmadı, bu bayramı xarici ölkələrin birində qeyd etdi. Əminəm ki, Bünyad müəllimin bir gecə otel pulu deyil 14 min manat. Amma o pulun üstündə bir neçə ailənin haqqı var, o ailələr bu il bayramı qarşılaya bilmədi.
Bünyad müəllimin borclu olduğu Şəhid övladı isə 32 ildən sonra öz ata anasını itirdiyi XOCALI rayonunda ilk bayramı qeyd edə bilmədi. "Qeyd edim ki Tofiq Əzimov hal-hazırda Xocalıda yaşayır, ilk köç edənlərdəndir S.C" Səbəb isə Şirkətin onların pulun verməməsidir.
Məni Bünyad müəllimdən qorxutmaq istəyənlərə isə demək istəyirəm ki, bu ölkədə Şəhid övladının haqqını tələb etməyə cürəti çatmamaq, yaşaya-yaşaya ölməkdir.
Dəfələrlə Ali baş komandan, İlham Əliyev cənabları qeyd edib ki, işçilərin məvacibi vaxtında verilməlidir, Şəhid övladlarına xüsusi diqqət göstərilməlidir.
Şəhid övladı da xaiş etdi ki, səsini aidiyyatı qurumlara çatdırım.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam