Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Dövlət Dəniz və Liman Agentliyi “qara siyahı”da -İLGİNC FAKTLAR

Dövlət Dəniz və Liman Agentliyi “qara siyahı”da -

Bu günlərdə məlum olub ki, Beynəlxalq Dəniz Təşkilatı (IMO) Azərbaycan Dövlət Dəniz və Liman Agentliyini özünün “qara siyahı”sına salıb.

Yenixeber.org xəbər verir ki, təşkilatın rəsmi saytında bununla bağlı rəsmi açıqlama yayıb.
Londonda mənzillənən İMO-nun bu addımın hansı səbəblərlə bağlı olduğu dəqiq açıqlanmır. Yalnız 3 kateqoriya üzrə- “ağ”, “boz” və “qara” siyahısında olan ölkələrin adlarını qeyd etməklə kifayətlənib. Lakin bu da səbəbsiz deyil.
Qeyd edək ki, Dövlət Dəniz və Liman Agentliyi baş vermiş bu hadisə ilə bağlı hər hansı açıqlama verməyib. Halbuki “qara siyahı” hələ may ayının sonunda açıqlanıb. Üzərindən 10 günə yaxın vaxtın keçməsinə baxmayaraq, ADDLA-nın susqun qalması da mübhəm məsələdir.
Tribunainfo.az bununla bağlı müəyyən araşdırma aparıb, “qara siyahı”ya düşməyimizin səbəblərini araşdırıb. Eyni zamanda, dənizçilərin də fikirlərini öyrənməyə çalışıb.
Araşdırmamız zamanı məlum olub ki, Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin Beynəlxalq Dəniz Təşkilatının (IMO) qara siyahısına ilk növbədə ölkənin beynəlxalq dəniz qaydaları və standartlarına riayət etməsi ilə bağlı məsələlərə görə düşüb.
İMO-nun kriteriyalarına görə, ölkələr aşağıdakı səbəblərə görə qara siyahıya düşə bilər:
1. Təhlükəsizlik Standartlarına uyğun gəlməmək: Yəni, gəmilər və dəniz əməliyyatları üçün beynəlxalq təhlükəsizlik standartlarına cavab verməmək.
2. Standart olmayan gəmilər: Yoxlamalar zamanı ölkə bayrağı altında qeydiyyatdan keçmiş xeyli sayda gəminin keyfiyyətsiz olduğu aşkar edilərsə.
3. Liman Dövlət Nəzarəti (PSC) Performansının zəif olması: Liman dövlətinə nəzarət yoxlamaları zamanı tez-tez saxlanılma və çatışmazlıqlar aşkar edildikdə.
4. Qeyri-adekvat Nəzarət: Beynəlxalq dəniz konvensiyalarının və qaydalarının qeyri-kafi icrası.
Bildirək ki, “qara siyahı” gəmi sahiblərinə, operatorlara və dəniz orqanlarına xəbərdarlıq xarakteri daşıyır ki, bayraqlı ölkənin altında olan gəmilər beynəlxalq təhlükəsizlik və ətraf mühit standartlarına cavab verə bilməz. Bu, “qara siyahı”ya salınmış ölkədə qeydiyyatdan keçmiş gəmilər üçün yoxlamaların artmasına, gecikmələrə və sığorta haqlarının artmasına səbəb ola bilər.
Maraqlıdır ki, Azərbaycan hökuməti Dövlət Dəniz və Liman Agentliyinə büdəcədən hər il milyonlarla manat vəsait ayırır. Təbii ki, bu pullar təkcə personalın deyil, həm də gəmilərin müasir standartlara uyğun hala gətiriləməsi üçün nəzərədə tutulub. Belə olan halda, ADDLA rəhbərliyi bu illər ərzində nə iş görüb ki, vəziyyət bu şəkli alıb? Necə ola bilər ki, Xəzərdə böyük donanmaya sahib olan, habelə geniş dənizçilik və gəmiçilik təcrübəsi olan Azərbaycan gəmiləri beynəxlaq sularda standart olmayan kimi qəbul edilir? Bəs, onlar üçün ayrılmış pullar nəyə sərf olunub? Maraqlı suallardır. Amma bu suallara biz yox, ADDLA rəhbərliyi cavab verməlidir.
Bəs, dənizçilər nə deyir? Tribunainfo.az bununla bağlı “Azərbaycan Dənizçiləri” qrupunun üzvlərinin fikirlərini pyrənib.
Köhnə dənizçilərdən olan İsmayıl Hüseynov bildirir ki, baş verənlər təəssüfedicidir. “Dünya sularında Azərbaycan bayraqlı dənizçilik pasportumuzla dövlətimizi uzun illərdi layiq olduğu səviyyədə təmsil etdiyimiz halda ADDLA öz bacarıqsızlığı ilə bayrağımızı BDA da qara siyahıya saldırdı və bəzi Afrika ölkələri ilə bir sıraya qodu. Biz bunu ADDLA- dan tələb etməliyik ki, nə üçün adımız qara siyahıya salındı. Qoy, izahat versinlər”.
Hüseynov deyir ki, indi bir çox kampaniyalar Azərbaycan dənizçilərini işə götürməkdə tərəddüd edəcəklər.
Bir başqa dənizçi Raxşan Əsədov isə deyir ki, İMO-nun bir çox tələbləri var ki, onları yerinə yetirməklə “qara siyahı”dan çıxmaq olar. “Sadə bir misal çəkim sənədlərin yenilənməsi üçün Bir ara dənizçiləri açıq aşkar soyğunçuluqla məşğul idlər. Rüşvət baş alıb gedirdi. 31manatlıq diplomu 1500 manata verirdilər. Rəhbərlikləri dəyişdi, rüşvət yıgışdı. İndidə bir nəfər bəlkə 30 dəfə imtahana girir, imtahan verə bilmir ki, gedib işləsin, uşaqlarına çörək gətirsin. Adamlar 6-7 aylarla qalır admistrasiyanın qapılarında. Niyə dənizçiləri incidirlər? Heç yerdə imtahan sualları yoxdur. Suallar gizlətməklə məşguldurlar. Niyə?”
O bildirir ki, dənizdən ümumiyətlə xəbəri olmayanlar gəlib admistrasiyada işləyir. “Dənizçilərlə danışıq tərzini bilmirlər, özlərini göylə aparırlar, daha dənizçinin nə əziyyətlə pul qazanmagından xəbərləri belə yoxdu, Çox şey saymaq olar”.
Tribunainfo.az bildirir ki, köhnə dənizçilərdən olan Rüfan Abdullayev qeyd edir ki, Azərbaycanın “qara siyahı”da yer alması daha çox bayrağımız altında üzən gəmilərin beynəlxalq konvensiyalarla bəlirlənmiş standartlara bir növ cavab verməməsi ilə bağlıdır. “Belə standartların gəmilərdə uyğulanmasından inkişafından və yoxlanılmasından məsul qurum Dövlət Dəniz və Liman Agentliyidir. Təəssüf ki, “qara siyahı”da olmaq, həm karyera olaraq dənizçilər, həm də gəmilər üçün ürəkaçan deyil”.
Maraqlı məqamlardan biri də odur ki, ADDLA-nın “qara siyahı”ya düşməsinin bir səbəbi kimi də, dənizçilərin üzləşdikləri haqsızlıq, aşağı maaş və digər bu kimi səbəblərdən İMO-ya şikayət etmələridir. Bunu dənizçilər də təısdiq edirlər. Onlar deyirlər ki, xeyli sayda dənizçi üzləşdiyi qanunsuzluqdan dolayı beynəlxlaq təşkilatlara müraciət ediblər.(Tribunainfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam