Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Nazirlikdən yoxlama gələndə təcili xəbərdarlıq edirlər ki,”TEZ YIĞIŞDIRIN”:İşdən çıxan meşə gözətçisi şok faktlar açıqladı – GÖRÜNTÜLƏR

“Nazirlikdən yoxlama gələndə təcili xəbərdarlıq edirlər ki,”TEZ YIĞIŞDIRIN”:İşdən çıxan meşə gözətçisi şok faktlar açıqladı – GÖRÜNTÜLƏR

Regionda parket emalı mərkəzləri olmadığı üçün bu istehsal məqsədi ilə kəsilən qiymətli ağaclar əsasən Bakı şəhərinə aparılır.

Bu işlər ETSN-nin Quba RMTM-nin rəhbərliyi tərəfindən xüsusi bir mexanizmlə həyata keçirilir. Bu mexanizmi xüsusi hala çevirən özəllik isə onun olduqca gizlin və səssiz təşkil edilmə zərurətidir. Ən birinci gizlilik ağacların izsiz kəsilməsidir.

Bu sözləri redaksiyamıza ETSN-nin Quba RMTM-nin Vəlvələ meşəbəyliyinin 2-ci dolayında meşə gözətçisi işləmiş Zeynalov Ramin Ağalar oğlu bildirib.

Quba-Qusar meşələrindən qanunsuz kəsilərək parket sexlərinə daşınan qiymətli ağaclar öncə meşədən çıxarılaraq xüsusi həyətlərə gətirilir. Daha sonra həmin oduncaq qapalı yük avtomabilləri ilə Bakıya aparılır.
Ramin Zeynalovun sözlərinə görə regionda yeşik emalı ilə məşğul olan sexlərə daşınan oduncaq kütləsidə əsasən qiymətli ağac növlərinə aid olur. Nazirlikdən gələn yoxlamaların diqqətini yayındırmaq üçün hər emal sexinə həyətlərində çinar ağacından ibarət bir neçə kub material saxlamaq tapşırılır ki, gələnlər görsünlər ki sexlər yalnız meşə fonduna aid olmayan çinar ağacı ilə işləyir.

Bariz şəkildə üzə çıxan çılpaq fikir emosianal yaşantının ahəngini pozduğu kimi milli sərvətimiz olan meşələrimizi qorumaqla mükəlləf olan ekologiya nazirliyinin məsul şəxsləridə zamanla öz sosial yaşantılarının ahəngini dəyişə bilib.

Bu ahəng o qədər dəyişibki əvvəllər YDM-də çalışan bir şəxs, Meşə təsürrüfatı mərkəzinə rəhbərlik etdiyi qısa müddət ərzində saya hesaba gəlməyəcək varidata yiyələnib. Hər halda heç kəsə hətta ekologiya nazirimizədə sirr deyilki kimsə aylıq 1000 manat əmək haqqı ilə 2 il ərzində Bakı şəhərində qiyməti 200 min manata, Quba şəhərində qiyməti 150 min manata olan mənzillərə, həmçinin 30-40 min manat civarında olan avtomabilə və digər daşınmaz əmlaklara sahiblənə bilməz. Görünən dağa nə bələdçi…
Hələ ötən ilin sentybar ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilmişdi.
Sadiq Salmanovun qiymətli növdən olan meşə materialının qanunsuz hərrac yolu ilə vətəndaşa ayrılmasını təşkil edəcəyini vəd edərək öz xidməti otağında tələb etdiyi pul məbləğinin 3 min manatını rüşvət qismində almasına, habelə, Sadiq Salmanovun Rəşad Mahmudovla əlbir olaraq növbəti dəfə eyni məqsədlə ona müraciət etmiş vətəndaşa rəsmi prosedurlardan kənar formada qiymətli ağac materiallarının verilməsi müqabilində hissə-hissə olmaqla ümumilikdə 3 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdi.
Toplanmış ilkin sübutlar əsasında Sadiq Salmanova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri, Rəşad Mahmudova isə həmin Məcəllənin 311.3.1-ci maddəsilə ittiham elan edilib.

7Times.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam