Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? -FOTOLAR

img

Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov İlham Elxan oğlu Qafur Məmmədov adına parkdakı yaşıllıqları "qaralayıb". 

Yenixeber.org: Məlumata görə, atası Elxan Məmmədovun icra başçısının sürücüsü işləməsindən istifadə edən İlham Məmmədov Səbail rayonunda "əl-qolu"nu daha da açıb:

"Artıq İlham Məmmədovun “xeyir-duası” sayəsində park ərazisində bir neçə obyektin inşası tam sürətlə davam edir. Bu da "təbiət qatilləri"nin heç kimdən çəkinmədiyini göstərir. Təqdim etdiyimiz şəkillər bunun inkaredilməz sübutudur (Fotolar aşağıda verilib)".

Məlumatda göz önündə aparılan bu tikinti zamanı yaşıllıq ərazinin hasara alınmasına da məhəl qoyan olmayıb.

Bu və ya digər məqamlarla bağlı Səbail Rayon İcra Hakimiyyətinin rəsmi poçt ünvanına aprelin 24-də sorğu göğndərsək də, aradan 20 günə yaxın vaxt ötsə də cavab verilməyib.(Mia.az)

img 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam