Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

         Nazirin qardaşına qarşı ilginc İTTİHAM: -
“Mənə “al bu yüz mini və get”, desə də sizinlə hüquq müstəvisində qarşılaşacağımı dedim”.

Yenixeber.org: Bunu bizimlə videomüsahibəsində 2017-ci ildə Bakıya gələn “Ajda Baku” MMC-nin təsisçisi Mikayil Kəskin deyib.
Onun sözlərinə görə, restoran əvvəlcə 3 ortaq ilə fəaliyyətə başlayıb
“Cüneyt Akgün, Rizvan Məmmədov və mən işə başladıqda həm təsisçi, həm də direktor özüm idim. Ancaq bir müddət sonra mənim xəbərim olmadan hər iki vəzifəmi əlimdən alıblar. Bunu isə saxta ünvana mənimlə əlaqə saxlaya bilməyiblər. Hər kəsə aydındır ki, xarici vətəndaşlar üçün qanuni olaraq keçərli olan ünvan Dövlət Miqrasiya Xidmətidir”, – deyə Mikayil Kəskin bildirib.
Əlavə olaraq təsisçi həmin şəxslərin 4 illik qazancını ödəmədiyini qeyd edib:
“Prezident İlham Əliyevdən və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan üzləşdiyim məsələ ilə bağlı dəstək istəyirəm. İki ölkə arasında qardaşlıq münasibətlərini bu kimi məsələlərlə pis hallandırmaq istəmirəm. Məni bu vəziyyətə salan şəxs Azərbaycan Respublikasının elm və Təhsil nazirinin qardaşı olduğu üçün maddi baxımdan çox güclüdür. Mənə “al bu yüz mini və get”, – desə də, sizinlə hüquq müstəvisində qarşılaşacağımı dedim. O isə qarşılığında “Azərbaycanda hüquq yoxdur, sən kimsən ki, məhkəmədə təhsil nazirinin qardaşına, yəni mənə qalib gələsən”.
Şikayətçi bildirib ki, qarşı tərəf məhkəməni ciddiyə almır və 8 qarşılaşdırma üzrə cəmi birində iştirak edib:
“Bu sözün həqiqi mənasında çox pis haldır. Azərbaycanda belə şeylər yaşanmamalıdır. Qardaşlıq münasibətlərini nəzərə alaraq, özümü vətənimdə hiss edirəm. Sadəcə, doğru qərar verilməsini, haqq-ədalətin yerini tapmasını istəyirəm”.(yenicag.az)
Ətraflı videomüsahibəni təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam