Afiyəddin Leysanovdan növbəti ŞİKAYƏT - Vətəndaş Vilayət Eyvazovdan kömək istəyir -TƏFƏRRÜAT
Yenixeber.org: Vətəndaş P. İntiqam redaksiyamıza şikayət ünvanlayıb.
Şikayətdə bildirilir: Hörmətli Daxil İşlər Naziri Vilayət Eyvazov, sizə media vasitəsi ilə, müraciət edib bildirmək istəyirəm ki, rəhbər olduğunuz qurumda bir sıra islahatlara uğurlu imza ataraq, xalq arasında böyük rəğbət qazanmısınız.Polis özbaşınalığına son qoymaqla digər yandan polis sıralarına yeni gənc və aktiv üzvlər qəbul etməklə bir sıra probləmlərin köklü həllinə nail olmağınız danılmaz faktdır.
Bu isə nazirliyin aktiv fəaliyyətindən xəbər verməkdədir. Nazirlik hər bir narahatçılığı vətəndaş şikayətini həssas yanaşma göstərməklə, anında həll edilməsində yüksək təşşəbbüs göstərmək də, davam edir. Şikayətlərin olduğu idarələrin rəhbər və bir sıra əməkdaşları işindən azad edilməklə eyni zamanda yeni təyinatlarda olur, bu təyinatların olması korrupsiya hallarının aradan qaldırılmasında böyük xidmətləriniz də, göz qarşısındadır.
Lakin yeni təyinatlar içində bəzi məmurlar var ki, onlar orqanda çoxdan işlədikləri üçün əvvəlki vərdişlərindən əl çəkə bilmirlər. Qanunla təyin edilən dövlət rüsumları ilə deyil, şəxsi təyin edilən rüsumlar əsasında xidmət edirlər.
Cənab Nazir Vilayət Eyvazov sizin uğurlu islahatlarınıza kölgə salan BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Afiyəddin Leysanov qılıncı hələdə vətəndaşları incitməkdə süründürməçilikdə davam edir.
Mən P.İntiqam 2 ay əvvəl əziyyətlə qazanaraq özüm üçün Almaniya federativ respublikasından, DAF markalı yük avtomobili gətizdirdim, avtomobili dövlətin qanunları əsasında, öz adıma rəsmi qaydada dövlət rüsumu ödəməklə, qeydiyyata aldım.
Lakin 2 ay keçdikdən sonra avtomobili satmaq qərarına gəldim.Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində təkrar qeydiyyat, yanı alqı-satqı üçün yaxınlaşdıq da, BDYPİ-nin Meyvəli terminalında, avtomobilimə yenidən baxış keçiriləndə aydın oldu ki, nəqliyyat vasitəsinin şassi nömrəsi korroziyaya uğrayıb, və şassi nömrəsinin 3 rəqəmi oxunmur, bunun üçün mənə bildirildi ki, BDYPİ-nin binasında yerləşən İstintaq şöbəsinə müraciət edib ekspert rəyi almağınız mütləqdir, ekspertin müsbət rəyi olduğu halda alqı-satqı edə bilərsiz.
Mən dərhal rəsmi qaydada, İstintaq şöbəsinə yaxınlaşaraq müraciət etdim, müraciətim polis polkovniki İlqar Şirinovun icraatına verildi.İstintaq orqanının əməkdaşı peşə fəaliyyətini şəffaf şəkildə araşdıraraq ekspertizanın müsbət rəyini, şassi nömrəsini korroziyaya uğradığını və şassi nömrəsi NV-nin birka nömrəsi ilə eynidir, avtomobilin oğurluq və yaxud axtarışda olmadığını araşdıraraq qərar qəbul edərək mənə məxsus olan nəqliyyat vasitəsinin təkrar qeydiyyatdan keçməyinə icazə verdi.
Lakin Afiyəddin Leysanovun tabeliyində olan əməkdaşlar İstintaqın ekspert rəyini tanımır, və mənə bu işin alınması üçün müəyyən şəxsi maraqlar əsasında yani el dilində desək “Dədə-baba” qaydası həll olunacağını nəzərimə çatdırdılar.
Əks halda isə məhkəmə ilə süni maneə yaradıb süründürməçilik dəhlizindən keçmək məcburiyyətində olacığimı qeyd etdilər.
Niyə mənim şəxsi mülküm istintaq orqanının müsbət rəyi olduğu halda tanınmır?.Məhkəmə predmenti olmadığı halda mənim mülküm süni maneələrlə məhkəmələrə yönəlir?.Maraqlı tərəfi odur ki, iki ay əvvəl qeydiyyat şəhadətnaməsi verən orqan öz verdiyi, şəhadətnaməyə şübhə ilə yanaşır.
Cənab Nazir sizdən xahiş edirəm ki, vətəndaşlara qarşı yönələn bu süni maneə sipərini yaradan şəxsləri, öz maraqlarına xidmət edən əməkdaşları cəzalandırasız.
Mənim şəxsi mülkümün alqı-satqı edilməsi üçün müvafiq göstəriş verəcəyinizə inanıram.(Azerbaycanreallığı)
Mövzunu diqqətimizdə saxlayacağıq
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.