Çarəsiz durumda qalan iki uşaq anası Vilayət Eyvazovdan kömək istədi -Cənab general məni bu mütəşəkkil dəstənin zülmündən qurtarın
Saytımız vasitəsi ilə Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edən Tamella Nəbiyeva ona qarşı edilən dələduzluğun qurbanına necə çevrilməsi ilə bağlı söhbət açıb. O bildirir ki, bu ilin fevral ayında özünü Binəqədi rayon polis idarəsinin əməkdaşı kimi təqdim edən Əliyev Nihad Raiq oğlu etibarımdan sui-istifadə etməklə 200 min AZN dəyərində dələduzluq edib.
Yenixeber.org: Vətəndaş Tamella Nəbiyeva qeyd edir ki, Nihad Əliyev mənə vəd verdi ki, Amerikadan Galenvagen markalı maşın gətirirəm və hissə-hissə ödənişini edərsən. Mən də 90 min manat hissə-hissə ödəniş etdim.
Daha sonra Nihad Əliyev, mənə məxsus Yasamal rayonu ərazisində yerləşən mənzilimi hədə-qorxu yolu ilə ələ keçirərək, Lətafət adlı şəxsin əli ilə tanıdıqları Qabil Abbasovun adına rəsmiləşdirdi, qarşılığında faizlə pul götürdü.
Mən isə hər dəfə haqqımı tələb edəndə hədə-qorxuya və şantajlara məruz qaldım. Çünki Nihad Əliyev hər dəfə mənə deyirdi ki, əmim Natiq Əliyev keçmiş Vergilər Nazirliyinin, indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsidir.
Söhbət O, Natiq Əliyevdən gedir ki, adı mediada müxtəlif qalmaqallarda hallanıb. Xüsusəndə iş adamı Tapdıq və Emin Namazovun həbs olunma işində bu şəxsin adı kifayət qədər çəkilib.
Onu da bildirim ki, Natiq Əliyevin, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovla qohumluq əlaqələri var. Həmçinin dəyəri millyonlarla ölçülən biznesləri mövcuddur. Bir faktı qeyd edim ki, vaxtı ilə “OMAKS-3” Mənzil-Tikinti şirkətindən 54 mənzilli binanın 26 mənzilini yuxarıda adlarını qeyd etdiyim iş adamlarını şərləyərək, həbsə atdırmaqla ələ keçiriblər.
Həmçinin Nihad Əliyev mənə hər dəfə deyirdi ki, narahat olma maşını gömrükdə rəsmiləşdirərkən əmisi Natiq Əliyevin böyük köməkliyi olacaq. Bundan başqa qeyd edirdi ki, əmisi ona "krişalıq"edir və xaricdən gətirdiyi maşınların görmrük sənədləşməsində heç bir problem ola bilməz. Xüsusilə vurğulayırdı ki, əmimin gömrük sistemində yaxşı dostları var və onlarla “babat” işlər görürük.
Tamella Nəbiyeva daha sonra qeyd edir ki, Nihad Əliyevin atası Raiq Əliyev də məndən dəfələrlə pul istəyib və alıb. Raiq Əliyev hal-hazırda Neft Kəmərləri İdarəsində mühüm vəzifədədir. O mənə zəng edərək müxtəlif məbləğlər tələb edirdi ki, fılan yerdə ev var pul göndər onu rəsmiləşdirim satım və sənin pulunu geri qaytaraq.
Tamella xanım bildirir ki, çarəsiz durumdayam, evimi və pullarımı itirmişəm. Başıma gətirilən haqsızlıqlarla bağlı dəfələrlə aidiyyatı qurumlara şikayətlər etmişəm lakin müsbət cavab ala bilməmişəm. Bir müddət öncə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət etdim. Müraciətimdən sonra Nərimanov polis idarəsinə dəvət edildim və köməklim göstəriləcəyi ilə bağlı vəd olundu.
Amma Nərimanov rayon polis idarəsi də bu məsələdə səhlənkarlıq göstərərək, laqeyd münasibət bəsləyir baş verən dələduzluqluq faktına. Polis idarəsinə dəvət olunan zaman əlimdəki bütün sübutları polis əməkdaşlarına təqdim etdim. Lakin çox təəssüflər olsun ki, dələduzluq faktı ilə bağlı hələ heç bir cinayət işi başlanmayıb.
Himayəmdə iki uşaq var və onları cəmiyyətə layiqli övlad kimi yetişdirirəm. Çarəsiz və acınacaqlı durumdayam. Demokratik və hüquqi dövlətdə bir vətəndaşın hüquqları və haqqı tapdalanır cənab Nazir. Xahiş edirəm qanunların aliliyini üstün tutaraq və ölkə başçısına və xalqa verdiyiniz sözü tutaraq, bir çarəsiz vəziyyətdə olan Azərbaycan qadınının hüquqlarını həmçinin haqqını bərpa edin.
Sizin ədalətinizə, kişiliyinizə həmçinin cəsarətinizə güvənərək, Sizə səsimi duyururam göydə Allah yerdə isə tək ümidim Sizsiniz. Dələduzluq faktı ilə bağlı cinayət işinin başlanılmasını və bu işi nəzarətə götürərək mənə köməklik göstərilməsi istiqamətində göstəriş verməyinizi sizdən artıq dərəcədə rica edirəm.(Azerbaycanreallığı)
Yazıda adı çəkilən hər kəsin mövqeyini tanıyırıq.