“Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru Natiq Cavadov məni aldadıb, Dövlət Əyar Palatasının sədri vəzifəsinə düzəltmək adıyla 500 min dollarımı alıb və indi bunu danır”.
Yenixeber.org: Sahibkar Nağı Kəngərli belə deyir.
O, redaksiyamıza göndərdiyi video-açıqlamasında iddia edir ki, Natiq Cavadovla 2014-cü ildə tanış olub. Bir neçə ay ərzində onunla dostlaşıb. İddiaya görə, Natiq Cavadov sahibkarın ona bəslədiyi etibardan sui-istifadə edərək Əyar Palatasına sədr düzəldə biləcəyi adıyla ondan 500 min dollar alıb. Bundan əlavə, sahibkar ona bir çox bahalı hədiyyələr də verib. Lakin üzərindən xeyli keçməsinə baxmayaraq, sahibkar vəd olunan işə təyin edilməyib. Ardınca da onun telefonlarına belə cavab verməyib. Beləcə, iş düyünə düşüb.
Nağı Kəngərli hüquq mühafizə orqanlarının onun şikayətinə baxmadığından gileylidir. Dediyinə görə, Natiq Cavadovdan Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edib. Amma idarədə ondan iddialarını təsdiqləyən sənəd istəyiblər. Nağı Kəngərlinin əlində hər hansı sənəd yox, şahidlər var. Nədənsə, onun şahidlərini dinləməyiblər.
“Harda görünüb ki, birinə rüşvət verəndə ondan qəbz alasan və ya videosunu çəkəsən? Rüşvətxor buna imkan verərmi? Mənin şahidlərim iddialarımı təsdiqləyən “sənədlərim”dir. Onları isə qəbul etmək istəmirlər”, - sahibkar bildirir.
Qeyd edək ki, Nağı Kəngərli hələ sovet hakimiyyəti illərindən qızıl ticarəti ilə məşğul olub. Naxçıvanda ilk “kommussion mağaza”nın qurucusudur.
Onu aldatmaqda ittiham olunan Natiq Cavadov isə texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şuranın üzvüdür. //ovqat.com//