Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Ağdaş İcra Hakimiyyətinin 350 minlik tenderində qalib olan şirkətin sahibi AXTARIŞDADIR? – DETALLAR 

Ağdaş Rayon İcra Hakimiyyəti “Ağdaş şəhərində yolların təmiri işlərinin satın alınması” üçün aprelin 12-də elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb. 

Yenixeber.org: Maliyyə dəyəri 344 min 797 manat olan tenderin qalibi “Qarabağ Təmir-Tikinti” MMC (VÖEN - 3201104781) olub. 
Tərəflər arasında bağlanacaq satınlma müqaviləsinin şərtlərinə görə, şirkət Ağdaş RİH üçün Fərid Məmmədzadə, Əlibəy Hüseynzadə, Karvan yolu, Ceyhun Əliyev, Kənan Məmmədov, Sadiq Yusifzadə, M.F.Axundov küçələrində, həmçinin M.İsayev küçəsi dalan 8-də, ümumi sahəsi 21174 kvadrat-metr olan ərazidə qum-çınqıl qarışığından əsasın düzəldilməsi və bərkidilməsi, eləcə də iri dənəli asfalt-beton qarışığından hazırlanmış örtüklərin döşənməsi, xırda dənəli asfalt-beton qarışığından hazırlanmış örtüklərin döşənməsi işlərini həyata keçirəcək. 

“Qarabağ Təmir-Tikinti” MMC 19 noyabr 2018-ci ildə Ağdam Rayon Vergilər Şöbəsində dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağdam rayonu, Quzanlı qəsəbəsi, qanuni təmsilçisi isə Məmmədov Elgün Yusif oğludur. 

Qeyd edək ki, şirkətin adı bir neçə dəfə böyük qalmaqalda hallandırılıb. Belə ki, ilk qalmaqal 2022-ci ilin sentyabr –noyabr aylarında yaranıb. Belə ki, bu dövrdə Ağdam RİH “Ağdam Bayraq meydanı üçün dövlət bayrağının alınması ilə bağlı” üç tender keçirib və qaliblərdən biri bu şirkət olub.

Həmin vaxt “Qafqazinfo.az” bu tenderlə bağlı araşdırma aparıb və bəzi qaranlıq məqamlar ortaya çıxıb.

İcra Hakimiyəti ilk dəfə sentyabrın 12-də Şərifov Fərid Hacı oğlu ilə 8x16 ölçüdə 6 ədəd AR-nın Dövlət Bayrağının alınması ilə bağlı müqavilə imzalayıb və qarşı tərəfə 4194 manat ödəyib. 

Bir ay sonra, yəni oktyabrın 25-də Ağdam RİH yenidən eyni adlı tender elan edib və bu qəfə qalibi “Qarabağ Təmir-Tikinti” MMC olub. Yenidən Bayraq meydanı üçün eyni ölçüdə, eyni sayda bayrağın alınması üçün şirkətə keçən aydan fərqli olaraq, ikiqat, yəni 8850 AZN ödənilib.

Bunun müqabilində isə şirkət ötən ildən başlayaraq, Ağdam RİH-nin daha 8 tenderinin qalibi olub.

Cari ilin fevralın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Ağdam rayonu məcburi köçkün qəsəbələrində qəsəbədaxili asfalt yolların təmiri işləri üzrə 21 fevral 2023-cü il tarixdə açıq tender müsabiqəsi elan edir və 20 aprel 2023-cü il də tamamlanır. 

Tenderin qalibi adıçəkilən şirkət elan olunur və tərəflər arasında 615 min 063 manat məbləğində satınalma müqaviləsi imzalanır. Şərtlərə əsasən, şirkət Ağdam rayonundakı məcburi köçkün qəsəbələrində qəsəbədaxili asfalt yolların təmiri işlərini bu ilin iyulun 19-na qədər başa çatdırmalıdır. 

Tenderin qalmallı tərəfi odur ki, şirkətin qanuni təmsilçisi kimi göstərilən Məmmədov Elgün Yusif oğlu ilə bağlı internet resurslarında xoşagəlməyən məlumatlar yer alır. Belə ki, araşdırmalar zamanı, bu adda iki nəfərin olduğunu gördük. Onlardan biri və ata adı uyğun gələn Məmmədov Elgün Yusif oğlu DİN tərəfindən axtarılır. 

Belə ki, Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən barəsində AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ( (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə axtarış elan edilib.
"Dövlət satınalmaları haqqında” Qanunun 6.2.6-cı maddəsində deyilir ki, tenderlərdə iştirak edəcək podratçılar "satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri ilə əlaqədar cinayətə görə məhkum olunmamalıdır”.




Rövşən Ziya, Bizim.Media 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam