Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Bakıda böyük tıxac -DYP isə yalnız yol bağlamaqla işini bitmiş hesab edir

Yenixeber.org: Bu əhəmiyyətli tədbirlə bağlı öncədən Bakının bir sıra küçə və prospektlərində yolların bağlanacağına, hərəkətin məhdudlaşdırılacağına dair Dövlət Yol Polisinin(DYP) məlumatı yayılıb.

Lakin bu gün səhər saatlarından başlayaraq, paytaxtın küçə və prospektlərində müşahidə olunan acınacaqlı mənzərə onu göstərir ki, DYP-nin bu məlumatının və sürücülərə çağırışının heç bir mənası olmayıb. Şəhərin xüsusilə də mərkəzi küçə və prospektlərində böyük, ucu-bucağı görünməyən tıxaclar yaranıb.

Lakin Bakıda təəssüf ki, tez-tez yaranan bu mənzərəyə görə məsuliyyəti yalnız xəbərdarlıqdan nəticə çıxarmayan, yaxud məlumatsız olan sürücülərin üzərinə atmaq doğru olmazdı. Burada elə həmin DYP də daxil olmaqla , hərəkətin təşkilinə görə məsul olan qurumların da böyük məsuliyyət yükü var.

Təcrübə göstərir ki, yalnız yolları bağlamaq və qonaqların rahat hərəkətini təşkil etmək çıxış yolu deyil. Həmin qonaqlar yalnız özəl olaraq onlar üçün yaradılan şəraiti deyil, bu zaman paytaxt əhalisinin yaşadığı böyük çətinlikləri də canlı olaraq görür və ən azından sosial şəbəkələrdən izləyir. Bunlar isə ölkəmiz barədə heç də yaxşı təsəvvür yaratmır.

Buna baxmayaraq, müvafiq qurumlar heç bir ciddi nəticə çıxarmırlar. Şəhərdə ümumilikdə nəqliyyatın hərəkətinin təşkili acınacaqlı vəziyyətdə olduğundan, bu cür beynəlxalq tədbirlər zamanı bu çatışmazlıq özünü daha qabarıq şəkildə büruzə verir.

Belə olan təqdirdə, heç olmasa beynəlxalq, kütləvi tədbirlər zamanı hərəkətin təşkili ilə bağlı hansısa yeni konsepsiya hazırlamaq, beynəlxalq təcrübələrdən istifadə etmək olmazmı? Axı, ölkədə avtomobillərin sayının durmadan artdığını nəzərə alsaq, lazımi tədbirlər görülməsə, bu gedişlə bir müddət sonra paytaxtda nə hərəkət etmək, nə də bu cür beynəlxalq tədbirləri təşkil etmək və keçirmək mümkün olmayacaq. "Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam