Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyədə 3, Bakıda 39 manata satıldığı deyilən dərmanla bağlı -Rəsmi açıqlama


Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə sosial şəbəkə hesabındakı paylaşımında “Tamprost” dərmanının Türkiyə ilə müqayisədə Azərbaycanda 13 dəfə baha satıldığını bildirib. “Türkiyədən bizim pulla 3 manat 20 qəpiyə aldığım dərmanı bu gün (23 yanvar – red.) Bakıda “İstanbul” aptekində 39 manat 40 qəpiyə aldım”, - professor yazıb.
Yenixeber.org: Ölkəmizdə dərman qiymətlərinin Türkiyə ilə müqayisədə dəfələrlə baha olması iddiaları ilə bağlı İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
“Azərbaycanda dərman vasitələrinin qiymətləndirilməsində tətbiq edilən metod bir çox ölkələrdə tətbiq edilən dərman vasitələrinin digər dövlətlərdə olan qiymətləri əsasında qiymətin müəyyən edilməsi olan “referens qiymət” (digər dövlətlərdə olan qiymətlərə istinad) metodudur. Bu metod eyni və ya eyni tərkibli dərman vasitəsinə digər dövlətlərdə olan qiymətlərə uyğun qiymət verilməsinə imkan yaradır.
Son vaxtlar ölkəmizdə dərmanların Türkiyədən dəfələrlə baha olması iddiası ilə bağlı isə qeyd edək ki, Türkiyədə idxal olunan dərman vasitələrinin qiymətləri tənzimlənərkən daxili satış üçün valyuta kimi isinad olaraq Avro əsas götürülməklə onun məzənnəsi təxminən 2 dəfə aşağı müəyyənləşdirilir. İxracda isə bu aşağı məzənnə tətbiq edilmir. Həmçinin Türkiyədə dərman vasitələrinə olan tələbatın təxminən 90%-i yerli istehsalın hesabına təmin edilir.
Eyni zamanda, bəzi hallarda həkimlər tərəfindən reseptdə dərman vasitəsi olmayan Bioloji Fəallığa Malik Qida Əlavələri yazılır ki, həmin məhsulların qiyməti dövlət tərəfindən tənzimlənmir. Bioloji Fəallığa Malik Qida Əlavələri reseptdə yazıldığı üçün əhalidə (pasiyentlərdə) onların dərman olması fikri formalaşır. Bioloji Fəallığa Malik Qida Əlavələrinin qiymətlərinin yüksək, növlərinin çeşidli olması isə ümumilikdə dərman vasitələrinin qiymətlərinin yüksək olması təəssüratı yaradır. Bioloji Fəallığa Malik Qida Əlavələrini idxal edən subyektlərin sayının və həmin məhsulların çeşidinin çox olması bu məhsulların qiymətinin aşağı düşməsini təmin etməmişdir. Əksinə, bu məhsulların qiyməti artmaqda davam edir”.
Nazırliyin açıqlamasında məhz “Tamprost” dərmanı ilə bağlı da məlumat verilib:
“Son vaxtlar Türkiyə ilə müqayisədə qiymətinin ölkəmizlə müqayisədə dəfələrlə baha olmasına dair adıçəkilən “Tamprost” adlı dərman vasitəsinin ölkəmizdə dövlət qeydiyyatı yoxdur və dərman vasitələrinin satışına qanunvericiliklə yol verilmir.
Əvəzində isə ölkəmizdə dövlət qeydiyyatına alınmış eyni tərkibli aşağıda qeyd edilən dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş və hazırda idxal olunur:
“Tamsaprost” və “Urotams” (30 Kapsul, Türkiyə istehsalı, ƏDV-li pərakəndə satış qiyməti - 9,95 manat), “Tulozin” (30 Kapsul, Macarıstan istehsalı, ƏDV-li pərakəndə satış qiyməti - 9,95 manat), “S-Tam” (30 Kapsul, İspaniya istehsalı, ƏDV-li pərakəndə satış qiyməti - 9,95 manat), “Tamurin” (30 Kapsul, Azərbaycan istehsalı, ƏDV-li pərakəndə satış qiyməti - 9,50 manat).
Məlumat üçün qeyd edək ki, hazırda Türkiyədə “Tamprost MR” (30 kapsul) dərman vasitəsinin ölkədaxili pərakəndə satış qiyməti 83,50 lirə (7,55 manat) təşkil edir.
Eyni zamanda dərman vasitələrinin qiymətlərinin müqayisə edilməsi zamanı həmin dərman vasitəsinin istehsalçısı, istehsal ölkəsi, qablaşdırma miqdarı, dozası və bu dərman vasitəsinin dövlət qeydiyyatında olması kimi məsələlərə də diqqət verilməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam