Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bu rayonda yulğun meşəsi kökündən məhv edilir –VİDEO, FOTO

Bu rayonda yulğun meşəsi kökündən məhv edilir –  VİDEO, FOTO


ETSN-nin 3 saylı Regional idarəsinin əməkdaşlarının da bu vəziyyətdən xəbərdar olduqları bildirilir

Yenixeber.org: İmişli rayonunun Məmmədli kəndi ərazisində adı “Qırmızı kitab”da olan yulğun kolları kütləvi surətdə məhv edilir. Şum çıxartmaq məqsədilə, təxminən, 45-50 hektar yulğun meşəsi traktorlar vasitəsilə kökündən çıxarılmaqla, soyqırım edilib.


Bu barədə redaksiyamıza İmişli rayon Məmmədli kənd sakinlərindən aldığı bilgilər əsasında, Mehman Məmmədoğlu məlumat verib. Məlumatda bildirilir ki, yulğun meşəsini özlərini “GP İmişli Cotton” MMC adlı şirkətin nümayəndələri kimi təqdim edən Fuad Kərimov və Nicat Abdullayev şumlatdırıb. Sakinlər qeyd edib ki, F.Kərimov və N.Abdullayev 200 hektardan yuxarı örüş-otlaq sahəsi kimi istifadə olunan yulğun meşəliyini İmişli rayon İH-nin keçmiş başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevdən aldıqlarını iddia edirlər. Yerli əhalinin narazılığına baxmayaraq, artıq 45-50 hektar örüş sahəsinin şumlandığı bildirilir.


“Sözügedən ərazilər “Dövlət fondu”na aid torpaqlardır, örüş-otlaq təyinatlıdır. Həm də kəsilməsi qanunla qadağan olunan yulğun kollarından və digər aran torpaqlarında bitən yabanı bitkilərdən ibarətdir. Amma “Cotton” MMC-nin nümayəndələri bu əraziləri əkin məqsədləri üçün şumlayırlar.
Vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional idarəsinin yegerləri Sərxan(soyadı qeyd olunmayıb-red.) və Seymur Qarayevin, hüquqşünası Zaurun(soyadı qeyd olunmayıb-red.), müfəttişi Eltonun(soyadı qeyd olunmayıb-red.) məlumatları var. Məsul şəxslərin dediklərinə görə, əraziyə baxış keçiriblər, təbiətə vurulmuş ziyana görə, akt tərtib eləyiblər. Lakin hələ ki, görünən bir nəticə yoxdur. Belə ki, minlərlə bitkinin taleyinə laqeydlik davam eləyir.” – deyə, mənbə fikrini tamamlayıb.

Redaksiyadan: Dövlət fonduna aid torpaqların, xüsusən də istifadədə olan örüş sahələrinin alver predmeti olmadığı məlumdur. Üstəlik, yulğun meşələrinin məhv edilməsi isə, ekoloji cinayətdir.
Qeyd edək ki, yulğunun “laksa” növü “Qırmızı kitab”a düşüb. Məhz, bu növ kəsildikdə cərimələrin əmsalı da artır. Belə ki, 4 santimetrə qədər olan adi yulğun kolu məhv edilərsə, cəriməsi 80 manatdır. “Qırmızı kitab”a düşən “laksa” növü kəsilərsə, o zaman cərimə 25 əmsala vurulur. Ümumiyyətlə, yulğunun kəsilməsinə görə, fiziki şəxslər 2 min manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manat cərimələnir. Bu məbləğin üstünə dəymiş ziyan da gəlir. Avtomobil yollarının kənarında və dəmir yolu zolaqlarında kəsilən yulğunlar üçün tətbiq olunan cərimə daha ağırdır. Fiziki şəxslər 2500, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə edilir.


Yulğun kollarının bu qədər qiymətli olmasının səbəbləri isə aşağıdakı faydaları ilə bağlıdır: Yulğun bitkisi torpağın münbit olmağına müsbət təsir göstərir, oksigeni çoxaldır, havanın saflaşmasına xidmət edir və canlıların yaşaması üçün şərait yaradır. Yulğun kollarının ekoloji cəhətdən digər üstünlüyü ondadır ki, quşlar orada yuva salaraq nəsil artırır, ətraf mühitə gözəllik gətirirlər. Yulğun kollarında gizlənən quşlardan biri qırqovuldur. Bundan başqa, ərəbdovşanı da yuvasını məhz bu kolun dibində salır. Bioloqlar yulğunun insan orqanizmi üçün xüsusi rol oynadığını da qeyd edirlər. Ağ ciyərin müalicəsində yulğun bitkisinin tüstüsündən istifadə edilir, eyni zamanda, tənəffüs yollarının açılmasında xeyirlidir.(Mənbə: AZƏRTAC, ekoloq Elman Hacıyev, bioloq Elmira Abıyeva)

Mövzuda adı hallanan şəxslərin mövqelərini dinləməyə hazırıq.(Becan.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam