Yenixeber.org: Bu gün Taleh Sahsuvarovun səhifəsində maraqlı statusa rast gəldim. Mədəniyyət nazirimiz Azərbaycanın görkəmli Bəstəkarı Rauf Hacıyevi caz sənətinin əfsanəsi (Taleh bəy nazirin işlətdiyi söz birləşməsiylə "cazmen" arasında bərabərlik işarəsi qoyub) kimi xarakterizə edib. Doğrusu, mən Anar Kərimovu tanımadığım kimi, o da Rauf Hacıyevi tanımaya bilərdi, hərgah onun Azərbaycan mədəniyyəti ilə az-çox tanışlığı olsaydı, tanımalıydı. Məncə, problem təkcə Anar Kərimovluq deyil. Yaşına baxdım, xeyli gəncdir, təhsilinin, peşəsinin musiqi ilə bağlılığı olmayıb. Son illər efirləri "şöşü-möşü"lər , meyxana deyənlər və.s. bu tipli proqrammlar zəbt edib. Yuxrıda qeyd etdiyim kimi, mən Anar Kərimovun adına Taleh bəyin statusunda rast gəlməsəydim, mədəniyyət nazirimizin kim olduğunu bilmirdim. Google sağ olsun, tabışlıq verdi. Tanımayanlar buyursun, tanış olsun: "Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir. Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var. Fəaliyyəti: Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir.[1] 23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmiş və o, Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi təyin edilmişdir.[2][3] Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.[4] 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunmuş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir.[5][6] Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdir.[7]" Bu şəxsi hansı prinsipləri əsas tutaraq mədəniyyət naziri təyin ediblər, anlaşılan deyil! Bəlkə də Anar Kərimov aldığı təhsil (bir neçə), diplomatiya sahəsindəki çalışdığı illər ərzində topladığı təcrübə ilə elə öz profilinə uyğun irəli çəkilsəydi ölkə üçün daha faydalı olardı və vaxtından əvvəl buraxdığı ilk baxışdan sadə görünsə də, Taleh bəy kimi diqqətli oxucu və tənqidçi baxışlara malik bir peşəkarın gözündən yayınmayacaq səhvə görə hədəfə gəlməzdi. Elçin Paşayev. P.S. Mərhum Rauf Hacıyev böyük bəstəkar olub və dövlət xadimi olub. Onun Azərbaycan cazına verdiyi ən böyük hədiyyə , mədəniyyət naziri olduğu vaxt, Azərbaycandan küsüb Gürcüstana köçmüş Faqif Mustafazadəni , razı salıb vətənə gətirməyi olub.