Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İRNA niyə abrına qısılmır? -İran agentliyinin Azərbaycana qarşı yalan terroru  

Yenixeber.org: İran mətbuatında son zamanlar Azərbaycana qarşı yalan, qərəz dolu məlumatlar yayılmaqdadır. Əvvəlcə teleqram kanalları vasitəsilə Azərbaycana qarşı şər-böhtan yayan “molla rejimi” indi bir az da irəli gedərək bu işə böyük xəbər agentliklərini də cəlb edib. Söhbət İRNA-dan gedir. Əvvəlcə məlumat üçün bildirək ki, İRNA İran İslam Respublikasının rəsmi xəbər agentliyidir. 1934 -cü ildə Pars Xəbər Agentliyi adı altında yaradılıb, 1981-ci ildən sonra isə indiki adını alıb. IRNA-nın İranda 60 və digər ölkələrdə, ümumi olaraq, 30 ofisi mövcuddur.

Bunu, ona görə qeyd edirik ki, bu boyda xəbər agentliyinin özünə və sözünə necə hörmət etmədiyi, xəbərə və xəbərçilik qaydalarına necə məhəl qoymadığı və ən əsası “molla rejimi”nin yalan makinəsinin necə işlədiyini hər kəs anlasın.

Noyabrın 27-də İRNA ingilis dilində yaydığı və “Bakının Tel-Əvivdə səfirliyi açılıb” adlı məqaləsində ölkəmizin adına olmazın yalanlar qeyd edilib. Əvvəlcə İsrail-Azərbaycan münasibətlərinə toxunaraq bunu yanlış adlandırıblar. Yazıblar ki, İslam ölkəsinin işğal olunmuş torpaqlarda səfirlik açması Fələstin məsələsinə bir növ rüsvayçılıq və xəyanətdir. Əvvəla, İrandan fərqli olaraq, Azərbaycan heç zaman dindən nə alət kimi istifadə edib, nə də hər hansı bir oyunlara qoşulub. Azərbaycan İsraillə eyni gündə Fələstində də diplomatik nümayəndəliyin açılmasını bəyan etdi. Bunun özü  Azərbaycanın  İslam həmrəyliyi prinsiplərinə və dəyərlərinə sadiqliyinin göstəricisidir.

IRNA - Islamic Republic News Agency

İkincisi də, Rəsmi Bakı hər zaman bəyan edib ki, Fələstinin yanındadır və istənilən dəstəyi verməyə hazırdır. Bunu təkcə sözdə yox, əməldə də göstərib və arxivi araşdırsaq görərik ki, Azərbaycan Fələstinə dəfələrlə həm maddi, həm də mənəvi dəstəyini əsirgəməyib. Ona görə də, İranın yenə də bu məsələlərdə dini alət kimi istifadə etməsi, növbəti oyunu qurması alınmayacaq.

Ümumiyyətlə, İranın bu cür açıqlamalar yayması gülünc doğurur. 30 illik işğal dövründə erməniyə qucaq açan, Azərbaycanın işğal altında olan torpaqlarından müxtəlif əyri məqsədlər üçün istifadə edən, dağıdılan evlərimizin daşını da daşıyan İran olmayıbmı? Hansı haqdan danışılır ki, 44 günlük Vətən müharibəsi dövründə də İran Ermənistana dəstəyini əsirgəməyib, sərhədimizə qoşun belə yığmağı özünə ar bilməyib. Bu faktları “molla rejimi” boynundan atsa da, artıq sübuta yetirilib və müharibə dövründə də yayılan foto, videodan İranın Ermənistana verdiyi silah-sursat dəstəyi açıq şəkildə göründü.  Təbii ki, bu, hələ bizim gördüyümüz idi...

İran Azərbaycanla “soyuq müharibə”də: bizi hansı dövlətlər dəstəkləyəcək?

İran 1 milyon azərbaycanlının hüquqlarının pozulmasına 30 il ərzində göz yumub. O zaman nə İslam yada düşüb, nə də azərbaycanlıların da müsəlman qardaşı olması. Əslində, biz İrandan çox şey gözləyirik. Öz ölkəsində insan haqlarına məhəl qoymayan türkə, farsa və digər millətdən olan vətəndaşlarına hüquq tanımayan mollakratiya rejimi məgər Qarabağdan gələn məcburi köçkünlərimizi düşünəcəkdi? Düşünməyəcəkdi və heç düşünmədi də. Çünki mollakratiya rejiminin  siyasəti əzmək, dağıtmaq, partlatmaq, terror etmək üstündə qurulub. Elə buna görə də, hər şeyi öz arşını ilə ölçür. İRNA-nın məqaləsinin davamını oxuduqda buna bir daha əmin olacaqsınız.

İRNA yazır ki,  guya noyabrın 15-də (2022-ci il) Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya səfəri zamanı bizim güc strukturları Albaniyanın hansısa terror təşkilatı ilə görüşüblər. Bu məlumat nə qədər gülünc olsa da, həm də İRNA-nın qeyri-ciddiliyinin səviyyəsini də özündə ehtiva edir.  Özünə hörmət edən, özü də dövlət agentliyi olan bir media orqanı belə ucuz, səviyyəsiz feyklər yayırsa, onda gör bu İranın digər mətbuatı nə gündədir. Yaxşı haldır ki, artıq Azərbaycanda dindar qardaşlarımız İranın bu kimi yalan, fitnə yayan mətbuatına, fikirlərinə inanmırlar. Onların əksəriyyəti Azərbaycan dövlətinin yanındadır və yaxşı başa düşürlər ki, İranın “molla rejimi”ndən nə İran vətəndaşların, nə də bizə dost olmaz.

Faşist İran molla rejimi Məşhəddə 17 yaşında olan gənc oğlanı 24 güllə ilə  qətlə yetirib » Foto.info.az

Bu arada bizə qara yaxan İranın özünün ermənilərin ASALA terror təşkilatı ilə əlaqələrinə dair yeni faktlar özü çıxıb. Bu məlumat İRNA-nın söz yığınından fərqli olaraq, konkret faktlara söykənir.

Bu barədə qruplaşmanın keçmiş üzvü Martiros Jamkoçyan Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində danışıb.

Мартирос Жамкочян: Армения не угодила в ловушку Азербайджана - Панорама |  Новости Армении

O bildirib ki, ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zamanı İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb.

“Qubadlının azad edilməsindən əvvəl farslar Monteyə zəng etdilər. Onlar Monte ilə hesablaşırdı. İndi açıqlayacağım məlumat məxfidir. Ancaq bu gün sizə danışacam”, - M.Jamkoçyan söyləyib.

O qeyd edib ki, həmin vaxt İranın xüsusi xidmət orqanlarının nümayəndələri M.Melkonyanla görüşmək üçün Gorusa gəliblər. Keçmiş terrorçu deyib ki, farslar əməliyyatın hazılığından xəbərdar idilər: “Biz onda Laçında idik. Zəngilan, Qubadlı və Horadizə hücum etmək üçün tank diviziyamızın bir hissəsini Laçına aparmışdıq. Farslar bu əməliyyatdan xəbərdar idi, onu hazırlayanı da tanıyırdılar. Həmin vaxt İran tərəfinin marağı müharibənin nəyin bahasına olursa, olsun Arazın o tayına keçməməsi idi. Ona görə də onlar bizimlə əməkdaşlıq etmək istədilər. Onlar təminat istəyirdilər və bizimlə razılaşmaq üçün gəldilər. Bu, 1993-cü il yazın əvvəlində olub. Odur ki, dostlarımız və düşmənlərimiz kiminlə iş gördüklərini bilirdilər. Ona görə də bizimlə hesablaşıb əməkdaşlıq edirdilər. Əlbəttə, biz əsgərlərimizin və geri çəkilən azərbaycanlıların İran istiqamətində atəş açmasına imkan verməyəcəyimiz haqqında farslara təminat vermişdik. Və belə də oldu”.

ASALA-nın İranın xüsusi xidmət orqanları ilə əlaqələrinə dair YENİ FAKTLAR  | KONKRET

Məlumat üçün bildirək ki, Monte Melkonyan ASALA-RM-nin rəhbərlərindən biri olub.

İndi  İRNA bunları bilmirmi? Ömür-boyu terrorçularla birlik olub Azərbaycana qarşı təxribatlar törədən İrandan yazmırsa, heç olmasa susmağı daha doğru olardı. Necə deyərlər, abrına qısıl, otur yerində...(musavat)

Əli Rais


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam