Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Generalın 4 aylıq həbsi -“Tərtər işi”ndə açar fiqur, yoxsa...

 

Bəkir Orucovun ifadələri Tərtərdə baş verən cinayətləri tam və hərtərəfli  üzə çıxara bilər

Yenixeber.org: Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Bəkir Şirin oğlu Orucov və Ramil Bəşir oğlu Əhmədov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

General-mayor Bəkir Orucov həbs edildi

 Bəkir Orucov

Qeyd edək ki, general-mayor Bəkir Orucovun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia olunur. Bəkir Orucov ötən ilin sentyabr ayının 27-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsindən azad edilib, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib. O, hərbi liseyin rəisi olarkən, orada rüşvət faktları ilə bağlı narazılıqlar olub və bu barədə mediada məlumatlar dərc edilib.

Xatırladaq ki, “Tərtər işi” ilə bağlı yenilənən cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əzizov Polad Seyfəddin oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.

Bu işlə bağlı istintaqdan gizləndiyi üçün Polad Seyfəddin oğlu Əzizov barədə axtarış elan edilib.

Uzeyir Ceferov ordudan ehtiyata buraxildi

 Üzeyir Cəfərov 

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Sabah”a açıqlamasında deyib ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olduğu vaxt hansısa bir işdə əlinin olması ilə bağlı şayiələr vardı: “Tərtər hadisələri dövrü Bəkir Orucov qərargah rəisi olub. Ola bilsin ki, istintaqda kimsə generalın adını deyib. Düzünü desəm, onun adını heç bir yerdə eşitməmişəm. Bəkir Orucov saxlanılıbsa, yaxın vaxtlarda ardınca digər şəxslərin də həbs xəbərlərini eşidə bilərik. Baş prokurorun birinci müavini Şəfaət İmranov və Xanlar Vəliyev istintaq müddətində tutduğu vəzifədən azad olunmalıdır. Rüstəm Usubov və Zakir Qaralovun məsələ ilə bağlı məsuliyyət dərəcəsi müəyyənləşdirilməli və dindirilməlidir. Tərtər hadisələri ilə bağlı qərar vermiş hakimlərin adları göstərilməlidir. Cəmiyyətin narazılığı istintaqın düzgün aparılmaması ilə bağlıdır. Kimlərsə bu işdən şəxsi mənfəət güdüb rütbə alıb, kimisi orden və medal alıb, kimisi də pul mükafatı alıb. Ona görə də bu məsələ hərtərəfli araşdırılmalıdır”.

Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov: "Allah vətənimizi,  dövlətimizi, Ordumuzu və əsgərlərimizi qorusun » Gundelik-Baku.Com

Rövşən Məhərrəmov

Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov deyib ki, Bəkir Orucov “Tərtər işi” baş verən günlərdə Beyləqan korpusunda xidmət edib: “O zaman qərargah rəisi vəzifəsində xidmət edirdi. Bəkir Orucov Aprel döyüşlərinin iştirakçısıdır. Ona general-mayor hərbi rütbəsi də həmin döyüşlərdən sonra verilib. Tərtərdə həmin hadisələr baş verəndə Beyləqan korpusunda da oxşar hallar olub. Bu gün həmin məsələlərlə bağlı da istintaq qrupu araşdırmalar aparır. Bəkir Orucov orada hadisələr baş verərkən qərargah rəisi kimi qarşısını almalı idi, lakin almayıb. İttihamlar da ona buna görə verilib”.

Rövşən Məhərrəmov deyir ki, Tərtər və Beyləqanda hərbçilərə qarşı işgəncə halları orada aparılan ilkin təhqiqat zamanı baş verib: “Həm Tərtərdə, həm Beyləqan korpusunda ilkin təhqiqat işləri Müdafiə Nazirliyinin rəhbərliyinin göstərişi və birbaşa iştirakı ilə nazirliyin Təhqiqat Şöbəsinin əməkdaşları həyata keçirib. Onlar təhqiqat aparıblar, təhqiqat zamanı işgəncə hallarına yol verilib. Bu şəkildə aparılan təhqiqatın nəticəsində toplanan materiallar sonradan Hərbi Prokurorluğa ötürülüb. Prokurorluq orqanı hadisələr baş verərkən orada iştirak etməyib. Müdafiə Nazirliyinin Təhqiqat Şöbəsi daxil olan məlumatları araşdırıb və topladıqları materialı Hərbi Prokurorluğa təqdim ediblər. Bəkir Orucova gəlincə, o, Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri, Təhqiqat Şöbəsinin rəhbərliyi ərazidə olarkən avtomatik olaraq hər hansı bir qərar vermək səlahiyyətindən kənarlaşır. Tərtərə və Beyləqana o günlərdə 6 general ezam olunub. Müdafiə nazirinə, Baş Qərargah rəisinə tabe olan generallar orada baş verən qanunsuzluqların qarşısını almayıblar. Hamı bilir ki, nazirliyin rəhbər vəzifəli şəxsləri təhqiqat aparmaq üçün yerlərə ezam edilərkən korpus komandiri, qərargah rəisi qərar verə bilmir. İndi sual olunur: nəyə görə bu günədək Tərtərə və Beyləqana ezam olunan 6 generaldan biri həbs edilməyib?”

Rövşən Məhərrəmov həmin generalların kimlikləri barədə suala belə cavab verib: “Baş Qərargah rəisinin əmri ilə Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev, Hərbi Polisin rəisi, Müdafiə Nazirliyi Təhqiqat Şöbəsinin rəisi, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin, Kəşfiyyat İdarəsinin və Nəcməddin Sadıkovun bacısı oğlu, ömrü boyu cəbhə bölgəsinə getməyən, Bayıldan rayonlar istiqamətinə getməyən Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi Ramil Əsgərov Tərtərə və Beyləqana ezam edilib. Korpus komandirləri, qərargah rəisləri bu adamlara göstəriş verə bilməzlər. Bəkir Orucov istəsəydi belə, bu şəxslərin oradakı fəaliyyətlərinin qarşısını ala bilməzdi. Bəkir Orucov həbs olunubsa, həmin şəxslər də istintaqa cəlb olunmalıdırlar”.

Rövşən Məhərrəmov deyir ki, Tərtərdə hərbçilərlə bağlı toplanmış təhqiqat materialı Hərbi Prokurorluğa göndərilib: “Hərbi Prokurorluqda hansısa  hərbçini döyməyiblər, işgəncə verməyiblər. Bütün bunlar təhqiqat zamanı olub. Nəticədə toplanan material Hərbi Prokurorluğa göndərilib. Bəli, Hərbi Prokurorluğun ixtiyarı vardı ki, həmin təhqiqat materialını geri qaytarsın. Qaytarmayıblarsa, görünür, təhqiqat zamanı nələrsə üzə çıxıb. İşgəncələrə gəlincə isə, Hərbi Prokurorluğun nə marağı var ki, kimisə gedib döysün? Nə olubsa, Müdafiə Nazirliyinin təhqiqatı zamanı olub. Hərbi Prokurorluğa dindirməyə gətirilən hərbçilərin çox hissəsini geri qaytarıblar. Bunlar da bilinir”.

Rövşən Məhərrəmov xatırladıb ki, “Tərtər işi” ilə bağlı 4 hüquq-mühafizə orqanı birgə rəsmi məlumat yayıb: “Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Tərtərdəki hadisələrlə bağlı rəsmi məlumat yayıb. Bundan sonra orada qeyd olunan hadisələr baş verib. Hərbidə mümkün deyil ki, kimsə yuxarı komandanlığın icazəsi olmasa, hər hansı bir addım atsın. Bəkir Orucov da istisna deyil. O, yuxarı komandanlığın göstərişi ilə təhqiqat aparanlara mane ola bilməzdi. Belə görünür ki, ölkə rəhbərliyinin göstərişi ilə yaradılan istintaq qrupu təkcə onun həbsi ilə kifayətlənməyəcək. Bəkir Orucov bu işdə ifadələri ilə Tərtərdə baş verən cinayətlərin tam və hərtərəfli araşdırılmasına təkan verə bilən fiqurdur”.

Rövşən Məhərrəmli deyib ki, istintaqın bu şəkildə davam etdirilməsi nəticə etibarı ilə “Tərtər işi” üzrə yekun və obyektiv nəticəyə gəlməyə imkan verəcək.“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam