Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

QARABAĞA BÖYÜK QAYIDIŞ... -Tikinti işləri davam edən torpaqlarımıza əhali nə vaxt köçürüləcək?

44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra ölkəmizin qarşısında duran ən mühüm vəzifə Qarabağ regionunun dirçəldilməsi, tarixi şəhər və kəndlərimizin yenidən qurulması və insanlarımızın ata-baba yurdlarına qayıtmalarıdır.

Yenixeber.org: Hökumət iki ilə yaxındır ki, Böyük Qayıdış planının gerçəkləşməsi üçün bütün imkanlarını səfərbər edib. Hazırda işğaldan azad olunan ərazilərdə tikiniti-quruculuq işləri sürətlə davam etdirilir, yeni yollar salınır, məktəblər, xəstəxanalar, uşaq bağçaları, ictimai-iaşə obyektləri tikilir, nəqliyyat-kommunikasiya xətləri yenidən bərpa edilir. Bu ilin yanvar ayından etibarən işğaldan azad olunan ərazilərə müntəzəm avtobus səfərlərinin təşkil olunması, mayın 27-də Zəngilan rayonunda “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə Ağalı kəndinin açılışının baş tutması onu göstərir ki, Böyük Qayıdış prosesi artıq başlayıb və insanlarımızın öz tarixi yurdlarına köçürülməsinə sayılı günlər qalıb.

 

 

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən dəqiq tarix məlum olmasa da, əhalinin 2022-ci il ərzində Qarabağa köçürülməsi prosesinin başlanması gözlənilir: “Hələ ki, Dövlət Komitəsi tərəfindən rəsmi köçürülmə həyata keçirilməyib. Köçürülmə başlayan zaman ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, müharibədən sonra işğaldan azad edilmiş bölgələrimizdə bərpa və quruculuq işlərinə yerli müəssisələr və qurumlarla yanaşı müxtəlif xarici şirkətlər də dəvət alıb. Bərpa və yenidənqurma işlərində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarından ibarət olan ən müasir və innovativ texnologiyalardan istifadə olunur. İşğaldan azad olunmuş torpaqlarımız kifayət qədər böyük bir ərazini əhatə etdiyi üçün bu regionda iqtisadiyyatın bərpası çoxşaxəli yanaşmaya söykənən vahid konseptual dövlət proqramı əsasında icra olunur.

 

 

Hazırda Böyük Qayıdışı bir qədər ləngidən əsas məsələ erməni yaraqlılalarının bu torpaqlarda basdırdığı minalar və partlamamış döyüş sursatlardır. Ona görə də ilkin mərhələdə işğaldan azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi başlıca vəzifələrdən biridir. Artıq iki ilə yaxındır ki, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Müdafiə Nazirliyinin məlumatına əsasən, bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 17200 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 6000 ədəd piyada əleyhinə, 2100 ədəd tank əleyhinə və 9400 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

 

 

Bu mövzuyla bağlı mətbuata danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, torpaqlarımız düşmən tapdağından azad ediləndən sonra bu ərazilərdə qısa zaman ərzində çox böyük işlər görülüb: “İşğaldan azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təmizlənib, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilib, dəmir və avtomobil yollarının çəkilişinə başlanılıb. Hazırda Qarabağda bərpa-quruculuq işləri çox sürətlə həyata keçirilir. Mənfur ermənilər tərəfindən tamamilə dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Bu ərazilərdə yeni yaşayış massivləri, müəssisələr, məktəblər, xəstəxanalar tikilir, avtomobil və dəmiryol xətlərinin çəkilişləri həyata keçirilir. Hesab edirəm ki, gözlənilən vaxtdan da tez insanların Şuşaya, Füzuliyə, Cəbrayıla, Kəlbəcər və Laçına köçürülməsi prosesinə başlanılacaq. Sürətli bərpa-quruculuq işləri bunu əminliklə söyləməyə imkan verir. İnsanlarımız həsrətində olduqları doğma yurdlarına köçəcək, bu yerlərdə həyat yenidən öz axarına qayıdacaq”.

Böyük Qayıdış planına uyğun olaraq, hazırda Qarabağ regionunda yol infrastrukturu da yenidən qurulur. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işğaldan azad edilmiş ərazilərdə 15 avtomobil yolunun tikintisi aparılır. Bu plana uyğun olaraq, 22 kilometr uzunluğunda olan Hadrut-Tuğ-Azıx ma­ğarası avtomobil yolunun bu il istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunan ərazilərdə icra olunan yol infrastruk­turu layihələrindən biri də Bərdə-Ağdam avt­omobil yoludur. Uzun­luğu 45 kilometr olan Bərdə-Ağdam avtomo­bil yolu 4 hərəkət zolağından ibarətdir. 28,5 kilometr uzunlu­qda olan, 2 hərəkət zolaqlı Qubadlı-Eyv­azlı avtomobil yolunun da bu il istifadəyə verilməsi planlaşdırılır. 26,4 kilometr, IV texniki dərəcəli, 2 hə­rəkət zolaqlı Qubadl­ı-Mahmudlu-Yazdüzü-E­rmənistan sərhədi av­tomobil yolunun da tikintisi davam edir.

 

Yollarda torpaq işlə­ri 83 faiz, boruların tikintisi 95 faiz ic­ra olunub. Laçın şəhərinə daxil olmadan yeni avtomo­bil yolunun tikintis­inin bu il başa çatd­ırılması nəzərdə tutulub. Sözügedən yolun uzunluğu 32 kilome­trdir. İki hərəkət zolaqlı avtomobil yol­unun layihələndirilm­əsi ilə paralel olar­aq, torpaqlama işləri hə­yata keçirilir. 2023-cü ildə istifad­əyə veriləcək uzunlu­ğu 70,4 kilometr olan Xudafərin-Qubadlı-­Laçın avtomobil yolu I texniki dərəcəli və 4 hərəkət zolaqlıdı­r. Yolda Qubadlı-Laç­ın istiqamətində 45 km, Xanlıq istiqamət­ində 14 kilometr his­sədə torpaq yatağının və körpülərin tiki­ntiləri aparılı­r. Şükürbəyli-Cəbrayıl-­Hadrut avtomobil yolu da gələn il isti­fadəyə veriləcək. Uzunluğu 81,6 kilome­tr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi 202­4-cü ildə başa çatdı­rılacaq. I texniki dərəcəli yolda layihə boyu torpaq yatağı inşa olunur. Eyni zamanda 8 körpünün, 6 tunelin və 5 alt ke­çidin tikintisi həya­ta keçirilir.

 

 

Tikintisi 2024-cü il­də başa çatdırılacaq Əhmədbəyli-Horadiz-­Cəbrayıl-Zəngilan-Ağ­bənd yeni avtomobil yolunun uzunluğu 123­,6 kilometrdir. Hazı­rda yol boyu torpaq yatağının tikintisi aparılır.

Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, Şuşa şəhərində də quruculuq işləri aparılır. Şəhərin baş planına uyğun olaraq tikiləcək yeni yaşayış komplekslərinin təməli qoyulub. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur.

 

 

İşğaldan azad olunan kənd və şəhərlərin elektrik enerjisi ilə təchiz olunması istiqamətində də ciddi işlər görülür. Bölgənin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Bu stansiya və yarımstansiyalar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. Paralelel olraq işğaldan azad olunan ərazilərin proqrama uyğun qazlaşdırılması işi də uğurla həyata keçirilir. Proqram 4 mərhələdə icra olunur.

Qazlaşdırmanın I mərhələsi Füzuli -Ağoğlan-Şuşa istiqamətini əhatə edəcək. II mərhələdə Ağdam rayonu qazlaşdırılacaq. III mərhələdə Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarına, IV mərhələdə isə Kəlbəcər rayonuna qaz çəkiləcək. İşğaldan azad olunan ərazilərdə “Azərsu” ASC tərəfindən içməli su təchizatının yaxşılaşdırılması istiqamətində 350-dək obyekt içməli su ilə təmin edilib.

Beləliklə, Cocuq Mərcanlı kəndinin azad olunmasıyla təməli qoyulan Böyük Qayıdış prosesi artıq başlayıb. Bu gün heç kim şübhə etmir ki, işğaldan azad olunan bütün ərazilərimiz tez bir zamanda inkişaf edəcək və dirçələcək. Mərhələ-mərhələ bu hədəflər gerçəkləşəcək və hazırda bütün dünyanın diqqət mərkəzində olan Qarabağ bölgəsi yaxın gəlcəkdə əvvəlki gözəlliyinə qovuşacaq.“Azpolitika”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" mövzusunda hazırlanmışdır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam