Məktəb videoları:Günahkar müəllimdir, yoxsa şagird?
Zəngilan rayonu 35 saylı tam orta məktəbdə müəllimin şagirdi döyməsi videosu sosial şəbəkələrdə müəllim-şagird münasibətlərini yenidən gündəmə gətirib. Bəziləri müəllimlərin şagirdi döyməsini qınasa da, onları buna məcbur edən şagirdlərin hərəkətlərini də qeyd edənlər az deyil.
Yenixeber.org: Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, müəllim pedoqoq olduğu üçün ciddi məsuliyyət daşıyır. O, hər tipdə şagird və tələbə ilə işləməyi bacarmalıdır və müəllimin şagirdi döyməsi yolverilməzdir.
- Müəllim elm, təhsil verəndir, cəmiyyətin aparıcı qüvvələrindəndir. Bunun əvəzinə şagirdi döyürsə, o zaman müəllimliyini sual altına qoyur. Məktəbdə müxtəlif təfəkkürdə, tərbiyədə şagird ola bilər. Əvvəlki nəzəriyyələrdə şagirdləri bu və ya digər formada cəzalandırmaqla bağlı fikirlər var idi, amma müasir dövr fərqlidir və burada şiddətlə nəsə etmək mümkün deyil. Məsuliyyəti müəllim daşıyır və şagird sinifdə özünü pis aparırsa, bunu onun valideyni ilə danışa bilər, bu barədə məktəb diektoruna deyə bilər”.
Deputat hesab edir ki, son zamanlar belə videoların çoxalmasına səbəb məktəb, müəllim və valideyn münasibətləridir. Müəllimlərlə valideyn daim əlaqədə olmalı, eyni zamanda məktəb direktorları öz şagirdlərini, rektorlar tələbələrini nəzarətdə saxlamalıdır:
“Bu gün direktor və rektor gəlib öz kabinetində oturursa, müəllim, şagird və tələblərlə təmasda olmursa, o məktəb və universiteti idarə edə bilməz. Hansı şagirdin nə problemi olduğunu məktəb direktoru, sinif rəhbəri bilməlidir. Əgər məktəbdə islah olunmayan uşaqlar varsa, aidiyyatı qurumlar qarşısında məsələ qaldırılmalıdır. Şagird çətin tərbiyə olunursa xüsusi məktəblərə yönləndirilməlidir.
Lakin bu işi elə həyata keçirməliyik ki, müəllim nüfuzu düşməsin. Müəllimə əvvəlki dövrlərdə müqəddəs baxış var idi. Biz onu da hörmətdən, nüfuzdan salsaq, nəyə nail olacayıq? Fakt varsa ictimailləşdirilə bilər, lakin müəllimlərin fəaliyyətini kölgə altına almaq da düzgün deyil. Belə videolar yayılmaqla müəllim nüfuzu aşağı salınır. Problemi araşdıraraq həll etmək lazımdır. Məsələn, valideyn iclası çox önəmlidir. Təəssüf ki, buna o qədər fikir verilmir. Valideynlər də çalışmalıdır ki, uşaqlarına vaxt ayırsın. Onlar vaxt ayırmır, uşaqlar nəticədə aqresivləşir. Bəzən valideyn yeri gəldi-gəlmədi övladını müdafiə edir, məktəbin işinə müdaxilə edir. Bunlar da yolverilməzdir. Problem varsa direktor, Təhsil Nazirliyi ilə danışmaq olar. Bu məsələlər diqqətdə saxlanılmalıdır”, deyə C.Məmmədov əlavə edib.
Təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, müəllim şagirdi döyməsi heç bir mütərəqqi təhsil sistemində qəbul olunmur. Buna görə müəllim öz əsəblərinə hər zaman nəzarət etməyi bacarmalıdır.
-Əgər müəllimin problemləri var və tez əsəbiləşirsə, müalicə almalı, psixoloji dəstək görməlidir. Çünki müəllim zaman-zaman yüklənir, “Z “nəslinin şəraitinə uyğun dərs qura bilmir. Şagirdlərin nadincliyi, dərs zamanı tərbiyəsizlikləri müəllimi özündən çıxarda bilir. Müəllim də insandır. İctimai qınaq təbii ki, olmalıdır, lakin tək günahkar kimi də müəllim göstərilməməlidir. Çətin tərbiyə olunan uşaqlar müəyyənləşməli, məktəb psixoloqları onlarla işləməli, ərazi üzrə sahə mütəxəssisləri, məsul polis əməkdaşları onları nəzarətdə saxlamalıdır. Çünki belə uşaqlar bəzən valideynlərin nəzarətindən uzaq olan və ailədə problemi olanlardır. Məktəbə gəldiyi zaman onun xarakterinin dəyişəcəyini, problemlərini ortadan qalxacağını da gözləmək absurddur. Məsələni məktəb, müəllim, uşaq, valideyn konteksində dəyərləndirmək lazımdır. Çətin tərbiyə olunan uşaqlar üçün xüsusi proqram olmalıdır. Məktəb psixoloqlarının isə işi aqresiya yönümlü, müəllimin dərs keçməsinə mane olan uşaqlarla işlənməlidir. Buna baxmayaraq uşaqların döyülməsi, müəllimin uşaqla dalaşması və digər hadisələr varsa, şikayət əsasında kriminal hadisə, cinayət kimi araşdırılmalıdır”.
Ekspert əlavə edib ki, şagirdin müəllimi sinifdə təhqir etməsi, dərs keçməsinə mane olması yolverilməzdir:
“Sivil yolla, məktəbin pedoqoji şuralarında zaman-zaman müzakirə edilərək, o şagirdə ciddi cəzalar verilə bilər. Hər məktəb və hər müəllimin peodoji təcrübəsinə uyğun addım atılmalıdır və məktəb rəhbərliyi də müəllimə dəstək olmalıdır. Bu hadisələr bir gündə olmur və zaman-zaman müxtəlif səbəblər də ola bilir”.
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. Onun sözlərinə görə, təəsüf ki, bəzi müəllimlər bu vəzifəsinin öhdəsindən gələ bilmir:
“İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir. Lakin biz bir çox hallarda bunun tam əksinin şahidi oluruq. Belə ki, dərs dediyi sinifdə onun fənnindən yanına hazırlığa gəlməyən şagirdi təhqir edən, ona qarşı xoş davranmayan kifayət qədər müəllim var. Bununla yanaşı dərs dediyi sinifdə, çalışdığı məktəbdə təhsil alan yuxarı sinif şagirdlərinə qarşı nalayiq münasibətdə olan müəllimlər, məktəb direktorları, direktor müavinləri də var.
Hesab edirəm ki, müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.
Amma bir çox hallarda kişi müəllimlər şagirdlərin, gənc qızların bu səmimiliyindən sui-istifadə edirlər.
İş prosesində müəllim - şagird münasibətlərinin düzgün qurulması şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir. Amma reallıqda isə biz bunun əksini görürük. Bu hallar ali təhsil müəssisələrində daha çox baş verir.
Müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır. Lakin bəzi hallarda bu sevgi tamamilə başqa istiqamətə yönəlir”.
Müəllimlik kütləvi peşədir. Eyni zamanda yadda qalan ən yaxşı müəllimlər olur. Çünki nəsilləri öyrətmək, tərbiyə etmək çox vacibdir və bu hamıya lazımdır.
- Amma son illərə baxanda mülllimlərin öyrətdiyindən daha çox etdikləri nalayiq hərəkətlər yadda qalır. Müəllimlik məsuliyyətli peşədir. Çünki müəllim insanın təlim və tərbiyəsi ilə məşğul olur, şüurunu formalaşdırır və bu işdə səhvə yol vermək olmaz. Müəllimlik peşəsinin yaradıcı olması onun mürəkkəbliyini sübut edən amildir. Lakin indi bəzi müəllimlər başqa yaradıcılıqla məşğuldurlar.
Qanununvericiliyə görə heç bir şagird təhsil almaq hüququndan məhrum edilə bilməz. K.Əsədov hesab edir ki, şagirdlərin tədris göstəriciləri əsasında onların cəzalandırılması mümkündür: “Son aylarda şagirdlərin ətrafdakı insanlara zərər vurararaq dərs prosesini pozma hallarının sayı artıb və artıq lazımi tədbirlərin görülməsinə ehtiyac yaranır. Elə bir cəza forması seçilməlidir ki, bu, şagirdin gələcək həyatına mənfi təsir göstərməsin. Bizim əsas məqsədimiz uşaqları problemli davranışlardan yayındırmaqdır. Biz əgər şagirdin gələcək üçün faydalı şəxs olmasını istəyiriksə, bu zaman müəllim, məktəb, psixoloq və valideyn birgə işləməlidir”.