Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ləkərçay qazılır, çayətrafı yaşıllıqlar məhv edilir, əkin sahələri susuz qalır-FOTOFAKT

              Kəndlilər “Kaspi Yıldız” şirkətinin fəaliyyətindən narazıdır

Yenixeber.org: “Sahələri məhv edirlər, çınqılı, torpağı daşıyırlar, çayın dibi 15 metrdən çox qazılıb, bu isə torpağın altında boşluqlar yaranmasına səbəb olub. Bir müddətdən sonra buralar da sürüşmə zonasına çevriləcək”.

Bir neçə gün əvvəl Lənkəranın Təngivan kənd sakinləri Meydan TV-yə müraciət edərək Lənkərançayda aparılan qazıntıya görə çayətrafı ərazilərin dağıdıldığını deyirdi.

Bu dəfə isə Lerik rayonu, Piran ərazisinin Qışlaq kənd sakinləri müraciət ediblər. Onlar Lənkərançayın bir qolu olan və Qışlaq kəndindən keçən Ləkərçayın qazılması nəticəsində çayətrafı ərazilərin dağıdıldığını bildirirlər. Onların sözlərinə görə, illərdir ki, “Kaspi Yıldız” şirkəti Ləkərçaydan çınqıl çıxarır, nəticədə yaşıllıqlar məhv edilib, kəndlilərin istifadə etdiyi yollar dağıdılıb, onlar çaydan suvarma işləri üçün istifadə edə bilmirlər. Kənd sakini Qalib Kərimov danışır:

“Fövqəladə Hallar Nazirliyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəldilər, onların gəlişindən sonra çınqıl zavodu işi dayandırdı, ancaq bir həftədən sonra yenə işə başladı. Hər yeri viran qoyublar, qaza-qaza gəlib kəndin içərisinə çatıblar. Bu gedişlə kəndimizdə bircə ailə də qalmayacaq, hamı başını götürüb köçəcək buralardan”.

Ləkərçay Lənkərançayın bir qoludur, Lerik və Lənkəran rayonları ərazisindən axır. Uzunluğu 84 km, hövzəsinin sahəsi 98 km²-dir. Mənbəyi Talış silsiləsinin cənub-şərq hissəsindən başlayır. Çayətrafı kəndlərdəki əkin sahələrinin suvarma suyu əvvəllər bu çaydan götürülürdü. Ancaq “Kaspi Yıldız” şirkətinin illərdir ki, çayın yatağında çınqıla görə qazıntı işləri aparması kəndliləri çaydan uzaq salıb.

Qalib Kərimov, Foto: Meydan TV

Kənd sakini Ağalar Əliyev danışır: “Mən bu çayın halına ağlayıram. Uşaqlığım bu çayın kənarında keçib. Sahələrimizi bu çayın suyuyla suvarırdıq. İndi sahələrimiz də susuz qalıb. Qaza-qaza gəlib kəndin içərisinə çıxıblar. İndi biz nə edək, dədə-baba yurdumuzu atıb, başımızı götürüb gedək? Axı bu çay bizim təbii sərvətimizdir, bu boyda çayı, onun sahilini, bu boyda yaşıllıqları, əkin sahələrini, yollarımızı, kəndimizi bir işbazın tamahına qurban vermək olmaz. Tökür texnikaları çaya, dibini qazır, daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə dəfələrlə zəng etmişik, nazirliyin aidiyyəti üzrə departamentdən gəldilər, baxış keçirtdilər, işi dayandırdılar, sonra iş yenə davam etdi”.

Dekabrın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz rəsmi “Faceebok” səhifəsində Ləkərçaydakı qazıntıyla bağlı məlumat yerləşdirib. Həmin məlumatda qeyd olunub ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Piran kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Kaspi Yıldız” MMC tərəfindən qanunsuz qum-çınqıl hasilatının aparıldığı müəyyən edilib. Agentliyin rəsmisi Samir Qurbanov bildirib ki, faktla bağlı bu ilin 26 oktyabr tarixində protokol tərtib edilib və şirkət barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lerik Rayon Məhkəməsinə göndərilib.

Samir Qurbanov onu da bildirib ki, sözügedən şirkət qanunsuz qazıntı işlərini davam etdirdiyi üçün barəsində toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Ağalar Əliyev,Foto: Meydan TV

“Kaspi Yıldız” MMC-nin Lerikin 78 saylı dairəsindən deputat seçilmiş İqbal Məmmədova məxsus olduğu bildirilir. Bu il “Kapitalbank” həm ona, həm qardşaı Çingiz Məmmədova, həm də şirkətə qarşı məhkəmə iddiası qaldırmışdı.

Bu ilin fevralında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsini dövlət büdcəsinə olan borcuna görə məhkəməyə vermişdi.

Vergi Xidməti şikayət ərizəsində şirkətin dövlət büdcəsinə 9 milyon 262 min 108 manat vergi borcu olduğunu göstərib.

Meydan TV “Kaspi Yıldız” MMC-nin rəhbərliyi, eləcə də İqbal Məmmədov ilə əlaqə saxlaya bilməyib.

Bundan əvvəl Piran sakinləri Meydan TV-yə müraciət edərək kənd ərazisində fəaliyyət göstərən və İqbal Məmmədova məxsus olduğu bildirilən quşçuluq təsərrüfatlarının da ekologiyaya zərər vurmasından şikayətlənmişdilər.

Sakinlərin deməsinə görə, bir müddətdir ki, təsərrüfat fəaliyyətini davam etdirsə də, ekologiyaya zərər verən sexləri – quş kəsimi bölmələri bağlanıb.

1 il əvvəlsə Astarada su çəkilişində fəhləlik etmiş bir qrup sakin Astarada yerləşən “Relax” istirahət Mərkəzinin qarşısında aksiya keçirərək maaşlarını tələb etmişdilər. İddia edirdilər ki, onları su çəkilişində işlədən “Kaspian Yıldız” şirkəti pullarını ödəmir, fəhlələr borcun İqbal Məmmədov tərəfindən ödənilməsini tələb edirdilər. Şirkətin ofisi “Relax”ın həyətində yerləşdiyi üçün onlar istirahət mərkəzinin giriş və çıxışını bağlamışdılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam