Son Dəqiqə Ucarda aksiya, sakinlər Bakı Kürdəmir yolunu bağladılar - VİDEO
Yenixeber.org: Bu gün su problemi ilə əlaqədar Ucar rayon Bərgüşad kənd sakinləri Bakı-Qazax yolunu bağlayaraq etiraz aksiyası keçiriblər. Respublikada hökm sürən quraqlıq nəticəsində kənd sakinləri içməyə belə su tapmırlar. Susuzluğa görə əkin sahələri məhv olub.Sakinlər istifadə etməyə su tapmadıqları üçün Bakı-Qazax yolunun Ucar rayon ərazisindən keçən hissəsini bağlayıb etiraz ediblər.Ucar rayon rəhbərliyi sakinlərlə görüşüb problemin tezliklə həll ediləcəyinə söz verdikdən sonra etirazçılar yolu açıblar.(regionxeberleri.com)