Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

30 il ermənilərin nəzarətində olan torpaqlarda ilk dəfə əkin işləri aparılıb-VİDEO

 

30 il ermənilərin nəzarətində olan torpaqlarda ilk dəfə əkin işləri aparılıb

Tərtərin Qarağacı və Qapanlı kəndlərinin əkin sahələri erməni terrorçularının nəzarəti altında olduğu üçün yerli əhalinin kənd təsərrüfatı ilə məşğul olmarını məhdudlaşdırmışdı.

Yenixeber.org: Qarabağ büromuz xəbər verir ki, erməni silahlı terrorçuları Ağdamın işğal etdiyi ərazilərindəki yüksəkliklərdən Tərtərin sözügedən kəndlərinin əkin sahələrini 30 ilə yaxın öz nəzarətləri altında saxlayıblar. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıq olan hər iki kəndin sakinlərinin tək gəlir mənbəyi də bu sahələr olub. Lakin yerli əhali erməni silahlı terrorçularının nəzarəti altında olan bu sahələrdə mövsümi əkin işlərinə hazırlıq edən vaxtlarda ermənilərin atəş hədəfinə çevriliblər. Ermənilər mülki əhalini müxtəlif çaplı silahlardan atəşə tutaraq qorxuya salmaq və yaşadıqları kəndləri ərk etmək istəklərinə nail ola bilməyiblər. Sakinlər erməni terrorçularının atəşi altında min bir əzab-əziyytələr və çətinliklərlə yaşasalar da öz doğma ata-baba yurdlarını tərk etməyiblər.

Erməni terrorçuları hətta sakinlərin suvarma və içməli suyun qarşını alıb, mal-qaranın örüş və otlaq sahələrinə də girişi məhdudlaşdırmışdılar.

İndi isə bu çətinliklər geridə qaldı. 44 günlük Qarabağ müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri erməni silahlı terrorçularını məhv edərək əsas yüksəklikləri ələ keçirdilər.

Sonradan məlum oldu ki, 30 il ərzində ermənilər münbit əkinə yaralı torpağı olan bu sahələrdə ermənilər yalnız piyada və ağır texnika əleyhinə minalar basdırıblar. Ərazi partlamamış silah-sursatdan və minalardan təmizləndikdən sonra kənd sakinlərinin və fermerlərin istifadəsinə verildi. Artıq yerli əhali bu sahələrdə əkin işləri aparır. Bu il isə kənd sakinləri bol məhsul əldə edəcəklərini planlaşdırıblar. Bu isə əhalinin gəlirlərinin artmasına və rifah halının yaxşılaşmasına səbəb olacaq.

Qeyd edək ki, bu ərazilərdə əsasən taxıl, pambıq və tərəvəz bitkiləri əklilir.(report)

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam