Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Pirsaat su anbarı quruyub -5 kəndin əhalisi susuz qalıb

Pirsaat su anbarı quruyub, 5 kəndin əhalisi susuz qalıb

Hacıqabul Suvarma Sistemləri İdarəsinin balansında olan Pirsaat su anbarı yenidən quruyub. Su anbarının quruması əkin sahələrinin susuzluqdan məhv olması ilə nəticələnib.

Yenixeber.org: Hacıqabul Suvarma Sistemləri İdarəsinin sudan istifadə şöbəsinin rəisi Zakir Sadıqov bildirib ki, su anbarı bir neçə il bundan qabaq genişləndirilərək ümumi tutumu 9 milyon kubmetrə çatdırılsa da, bunun heç bir nəticəsi olmayıb:

“Hacıqabul rayonunun Pirsaat-Nəvahi massivi ərazisində yerləşən Pirsaatçay su anbarı daha çox yağış suları ilə qidalanır. Rayonun 5 yaşayış məntəqəsini əhatə edən su anbarının vasitəsi ilə hər il əkinə yararlı 7 min hektar sahə suvarılır. Lakin bu il havaların quraq və kəskin isti keçməsi Pirsaatçay su anbarına da ciddi təsir göstərib. Nəticədə su anbarı quruyub”.

Z.Sadıqov əlavə edib ki, ərazini su ilə təmin etmək üçün daimi su mənbəyin axtarıb tapmaq lazımdır: “Bu su mənbəyi də Kür çayıdır. Kür çayından Nəvahi massivinə su gətirilsə, 7 min hektar əkinə yararlı sahənin suvarılmasını təmin etmək olar”.

Hacıqabul Suvarma Sistemləri İdarəsindən bildirilib ki, anbarda su olmadığından taxıl sahələrinin yalnız 1/3-i suvarılıb:

“Bu il təkcə Nəvahi massivində əkilmiş 2550 hektar taxıl sahəsinin yalnız 750 hektarı qismən suvarılıb. 1800 hektar sahə isə susuzluqdan yanaraq məhv olub. Nəticədə təsərrüfat sahiblərinə külli miqdarda ziyan dəyib”.

Anbarda su olmadığından əkinlə məşğul olan kənd sakinləri indi çətin durumda qalıblar.

Kənd sakinləri “Report”un yerli bürosuna bildiriblər ki, əkin sahələri və bağlar suzuluqdan məhv olub:

“Burda su olmadı yaşayış yoxdur. Mövsümü suvarma işləri aparılmadığından bağlarımız susuzluqdan yanır, əkin sahələrimiz məhv olur. Mənim bağımda ən məhsuldar ağaclar və 55 ərik ağacım susuzluqdan məhv oldu. Bağ-bağatla dolanırdıq. İndi qalmışıq belə. Bilmirik dərdimizi kimə deyək. Ümidimiz qalıb yağış sularına. Yağış yağarsa, Şamaxıdan su gəlir”.

Mütəxəssislər hesab edirlər ki, Pirsaat su anbarı dayanıqlı olmadığından əhali hər il yenə su problemilə qarşılaşacaq. Odur ki, Kür çayı vasitəsi ilə həmin əraziyə su gətirilərsə, illərlə əhalini narahat edən bu problem birdəfəlik öz həllini tapa bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam