Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AZƏRBAYCANDA İNSANLARA NİYƏ VAXTI KEÇMİŞ “PFİZER” VAKSİNİ VURULUR? -TƏBİB-dən açıqlama

Bakıda “Leyla Medical Center”ə vaksinasiya üçün gedən vətəndaşlara peyvəndin istifadə müddətinin bitdiyi deyilib. Bu barədə sosial şəbəkələrdə şikayət xarakterli məlumatlar paylaşılıb.

Yenixeber.org: Qeyd edilir ki, digər klinikada tibb bacısına üçüncü doza vaxtı keçmiş “Pfizer” vaksini vurulub.

Bəs vaxtı keçmiş vaksini vurdurmaq təhlükəli deyilmi?

Məsələ ilə bağlı “Leyla Medical Center”lə əlaqə saxladıq.

Qeydiyyat şöbəsindən bildirildi ki, “Pfizer” vaksinin istifadə müddəti noyabrın 9-da bitib: “Əgər könüllü olaraq bu vaksini vurdurmaq istəyirsinizsə, gələ bilərsiz. Vaksinin vaxtını ÜST daha üç ay uzadıb”.

“Bəs vaxtı keçmiş vaksin orqanizm üçün təhlükəli deyilmi” sualına isə klinikadan belə cavab verilib: “Bunun məsuliyyəti bizim üzərimizdə deyil, istəyirsiniz vurdurun, istəmirsiniz vurdurmayın. Öz seçiminizdir”.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) əlavə edildi ki, ÜST, Avropa Dərman Agentliyi, ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq COVID-19 əleyhinə vaksinasiyada “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib:

“Məktuba əsasən “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan “Pfizer/Biontech” vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədə uzadılıb”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam