Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Səfir -"Çindən Azərbaycana yenə də vaksin gətiriləcək"

Səfir: Çindən Azərbaycana yenə də vaksin gətiriləcək

"Biz ürəkdən ümid edirik ki, Çin peyvəndləri Azərbaycana qısa müddətdə pandemiya üzərində qələbə qazanmağa, iqtisadi və sosial inkişafı bərpa etməyə kömək edəcək".

Yenixeber.org: Bunu Çinin Azərbaycandakı səfiri Qo Min deyib.

O bildirib ki, Çin və Azərbaycan sadiq dost və etibarlı tərəfdaşlardır: "Biz pandemiyaya qarşı mübarizə sahəsində Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə, Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə çıxarmağa hazırıq!".

Səfir bildirib ki, Azərbaycanın Çindən aldığı vaksinin növbəti partiyaları da mərhələ-mərhələ Bakıya gətiriləcək.

Qeyd edək ki, bu gün Çindən Azərbaycana koronavirus əleyhinə vaksinin növbəti partiyası gətirilib. Çinin “SinoVac” şirkətinin istehsal etdiyi 500 min doza “CoronoVAC” peyvəndini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Vaksini gətirən təyyarəni Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov, Çinin Bakıdakı səfiri Qo Min və digər rəsmilər qarşılayıb.

Qeyd edək ki, aprelin 5-də Koreyadan Azərbaycana 84 000 doza “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksini gətiriləcək. Ümumilikdə mayın sonuna qədər Azərbaycana 432 000 doza “Vaxzevria” vaksinin idxalı nəzərdə tutulub. Peyvəndi İngiltərə-İsveç birgə şirkəti istehsal edib. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksini gətiriləcək.

Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” aşısı ilə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, indiyədək 547 541 nəfərə aşı vurulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam