Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Mərdan Camalov Zərdabı zülmətə qərq edib, pullar mənimsənilib-FOTOLAR

 

                Zərdabın küçələri zülmətə qərq olub.

Yenixeber.org: Redaksiyamıza təqdim olunan fotolardan da görünür ki, rayonda işıq dirəklərinin lampaları yanmır. Sakinlərin sözlərinə görə, icra başçısı Mərdan Camalov Zərdabı zülmətə bürüyüb.

Zərdablılar bildirirlər ki, axşamlar yollar zil qaranlıq olur, göz gözü görmür. Onların dediyinə görə, sürücülər üçün qəza riski yaranır. Amma İH başçısı tərəfindən heç bir tədbir görülmür.

Sakinlər danışırlar ki, icra başçısı yolların işıqlanması üçün pul tapmır, yoxsa ayrılan vəsaiti mənimsəyib?! Onların sözlərinə görə, viran qoyulmuş Suriya və Əfqanıstanda belə Zərdab kimi zülmət və qaranlıq yoxdur.

“Axşamlar küçəyə çıxmaq olmur. Rayonun bütün işıqları söndürülür. Mərdan Camalov yaşadığı evin pəncərəsindən boylanıb bir küçəyə baxsın, görsün rayonu nə günə qoyub. Ümumiyyətlə, icra başçısı rayonla maraqlanmır” – deyə sakinlər söyləyirlər.

Rəsmi məlumatda guya rayonda abadlıq işləri getdiyi, küçələrin işıqlandırıldığı deyilir, amma faktiki Zərdab zülmət içindədir.(tia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam