Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Abşeron İH-də 100 minlik yeyinti: Xırdalan zülmət içində… –FOTO

 

 

 Abşeron rayonunun Xırdalan şəhəri hər axşam zülmətə qərq olur. Yüz minlərlə insanın yaşadığı, nəqliyyatın hərəkətinin sıx olduğu bu ərazidə axşamlar yola çıxmaq təhlükəlidir. Çünki göz-gözü görmür və küçələrdə işıqlanma yox dərəcəsindədir

Yenixeber.org: Araşdırmamıza görə, 2018-ci ildə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Xırdalanın işıqlandırılması üçün tenderdə “qalib” gələn “Comel A.N” MMC-yə nə az, nə çox 99999.81 manat deməkdir. 

Lakin tenderdən 2 ildən çox vaxt keçsə də, nə şirkət öz işini icra edib, nə Abşeron İH tərəfindən hər hansı addım atılıb. Nəticədə Xırdalan qaranlığa qərq olub, sürücülər, piyadalar əziyyət çəkir və narazılıq yaradır.

Abşeron İH tərəfindən “ayrılan” vəsaitin hara getdiyi isə suallar doğurmaya bilməz. 100 min manata Xırdalanın axşamları gündüz kimi olmalıydı. Göründüyü kimi, ortada ciddi korrupsiya şübhəsi var.

Həmin “Comel A.N” MMC barədə internet resurslarında da heç bir informasiya əldə etmək olmur və şirkətin fəaliyyəti müəmmalıdır.

Eyni zamanda Abşeron İH tərəfindən küçələrin işıqlanması ilə bağlı hansı işlər görüldüyü haqda hər hansı rəsmi məlumata belə rast gəlinmir. İcra başçısı İradə Gülməmmədova isə rayonun gözəlləşməsindən, abadlaşmasından, gündən-günə işıqlı olmasından danışır.(reportyor.info)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam