Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

8 saylı Gəncə Regional Təhsil İdarəsində maxinasiya –Qarabağ veteranı açıqladı

 

 Yenixeber.org: Qarabağ veteranı, Kəlbəcər rayon 36 saylı tam orta məktəbin hərbi rəhbəri Allahverdiyev Qismət İman oğlu Prezidentə, təhsil və sosial müdafiə nazirlərinə müraciət edib. Qarabağ veteranı
Kəlbəcər rayon Təhsil şöbəsinin mühasibatlığının 01.02.2021-ci ildən bu gün 03.08.2021 ci ilə kimi bülleten pulunu hesablayıb DSMF-yə müəyyən tamah ucbatından göndərmədiyini bildirib. Onun sözlərinə görə, 7 ay xəstə ola – ola, maaş almadan , ailə dolandırmaq olarmı: ” Oğlum da vətən müharibəsinin iştirakçısıdır və hazırda döyüş bölgəsində hərbi xidmətini davam etdirir. 05 .08.2021 ci il tarixdə də Kapital Banka 146 manat ödəməliyəm. Mən nə edim? Bu fərari , savadsız, rüşvətxor , dilənçi və quldur dəstəsi haqqında xahiş edirəm qanuni tədbir görəsiz. Bu bülleten maxinasiyasının başında 8 saylı Gəncə Regional Təhsil İdarəsində Baş mühasib vəzifəsində çalışan İlhamə xanım dayanır. Bu cinayətkarın maaşı ilə sürdüyü maşının qiyməti bir – birinə tərs mütənasibdir. Əziz Hökumət rəhbərlərimiz son ümid yerim Sizsiniz. Mən nə edim. Məni 5 il 3 ay Qarabağ müharibəsində ermənilər sındıra bilmədi. Yaralandım da, ac qaldım da sınmadım. Ancaq Kəlbəcər təhsil şöbəsinin mühasibatlığda çalışan bu şərəf və şəxsiyyətini itirmişlər 7 aydır bizim ailəni borc və səfalət içində yaşadır. Cənab Hüquqşünaslar Sizdən artıq dərəcədə xahiş edirəm mən və 51 nəfər mənim kimi bülletenlərin ala bilməyən ziyalı müəllimlərin köməyimizə gəlin.Mənə deyillər ki, əlim hara yuxarıdırsa ora qoyum. Mənim də son ümid yerim Sizsiz”.(Reportyor.info)
Tel. 050 567 89 36


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam